Mahmudova Zəhra - Təhsilalanlarla iş şöbəsinin müdiri
İsaqlı Xəyalə - kompyuter üzrə operator
Vəzifə və öhdəlikləri:
- • Hər tədris ilinin əvvəlində Dövlət İmtahan Mərkəzindən (DİM) alınmış əmrlər əsasında Azərbaycan Tibb Universitetinin bakalavriat səviyyəsinin I kursuna qəbul olunmuş tələbələrin əmrlərinin hazırlanması və onların şəxsi işlərinin dekanlıqlardan qəbulu, onlara aid əmrlərin işlənib şəxsi işlərinə daxil edilməsi;
- • Tələbələrin qeydiyyatı, tədris müddətində nəzarətinin aparılması (akademik məzuniyyət, köçürmə, xarıc olma, bərpa, təkrar ali təhsil);
- • Tədris prosesinin təşkili üzrə əmrlərin, sərəncamların və digər sənədlərin layihələrinin işlənib hazırlanması;
- • Tələbənin köçürülməsi ilə bağlı tədris planının və təhsil proqramlarının müqayisəli təhlilinin həyata keçirilməsi;
- • Universitetlərarası müqavilə əsasında mübadilə olunan tələbələrin tədrisə cəlb olunmasının təmin edilməsi;
- • Şöbəyə aid karğüzarlıq işlərinin aparılması;
- • İdarə, müəssisə və təşkilatlardan daxil olan sorğulara, eləcə də müxtəlif səpkili ərizələrə, məktublara cavab hazırlanması;
- • Dövlət İmtahan Mərkəzinin “Tələbə-məzun” sisteminin işlənilməsi;
- • 2014-cü ilədək məzun olanların transkriptlərinin verilməsi;
- • Ali təhsil pilləsinin bakalavr və əsas (baza ali) tibb təhsili səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi;
- • Digər təhsil müəssisələrinə köçürülən tələbələrə akademik transkriptin verilməsi;
- • Universitetin professor-müəllim heyətinin və kənardan cəlb olunan mütəxəssislərin tədris ili müddətində əlavə yerinə yetirdikləri dərs yükünün saathesabı ilə ödənilməsi əmrlərinin icrası;
- • Professor-müəllim heyətinə təkrar dinləmə qruplarında dərs aparılmasına icazə verilməsi əmrlərinin və ödənişinin həyata keçirilməsi əmrlərinin icra edilməsi;
- • Universitetin professor-müəllim heyətinin və kənardan cəlb olunan mütəxəssislərin hazırlıq kursunun dinləyicilərinə dərs aparılmasına icazə əmrlərinin icra edilməsi;
- • Dissertasiya işlərinə rəsmi opponentliyə görə əməyin ödənilməsi əmrlərinin icra edilməsi;
- • Universitetin professor-müəllim heyətinə və kənardan cəlb olunan mütəxəssislərə saathesabı ilə dərs aparılmasına görə arayışların verilməsi;
- • Yekun Dövlət Attestasiya komissiyası sədrlərinə saathesabı formada əməyin ödənilməsi əmrlərinin icra edilməsi;