Musayeva Pərvanə- Şöbə müdiri
Dos. Zülfüqarova Nailə (metodist)
Dos. Yusubova Şəhla (metodist)
Yerinə yetirdikləri öhdəliklər:
Metodiki şöbə - təhsil sahəsində dövlət siyasətinin reallaşdırılması və təhsil prosesi üzrə ümumi metodiki fəaliyyəti həyata keçirir. Universitetin tədris-metodik işinin təşkilinə dair müəllif hüquqlarını təsdiq edən sənədlərin hazırlanması və onların təkmilləşdirilməsi üçün təkliflərin verilməsinə nəzarət edir. Metodik işləmələrlə bağlı Azərbaycan Tibb Universitetin professor-müəllim heyətinə və tədris-köməkçi personalına məsləhətlər verir, universitetin tədris prosesinin metodik təminatının keyfiyyətinin yoxlanılması üçün monitorinqlərin təşkili və həyata keçirilməsini təmin edir. Universitetdə dərsliklərin, dərs və metodik vəsaitlərin, metodiki tövsiyələrin fən proqramlarına uyğunluğunu yoxlayır və keyfiyyətinə nəzarət edir. Bu tədris vəsaitlərinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası və Təhsil Nazirliyinin Dövlət Təhsil Standartlarına müvafiq olaraq yazılması və tərtibatı qaydalarına uyğun sənədlərin toplanmasını həyata keçirir, o cümlədən nəşrinə köməklik edir. Şöbəyə aid kargüzarlıq işlərinin aparılmasını həyata keçirir.