Əhmədov Cavid Cavanşir oğlu
7 noyabr 2003-cü ildə Zaqatala rayonunda anadan olmuşdur. 2009-cu ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 №-li tam orta məktəbə daxil olmuşdur. Məktəb illərində olimpiadalarda aktiv iştirak etmiş, həmçinin məktəbi və rayonu müxtəlif intellektual yarışlarda təmsil etmişdir. 2020-ci ildə Azərbaycan Tibb Universiteti İctimai Səhiyyə fakültəsinə daxil olmuşdur. Universitetə daxil olduğu vaxtdan müxtəlif tədbirlərdə aktiv iştirak etmiş, Azərbaycan Tibb Universitetini “Sinaps” komandası daxilində təmsil edərək “Fibonaççi” və “Tələbə İntellekt Liqası” kimi mötəbər yarışların qalibi olmuşdur. 2 dəfə İctimai Səhiyyə fakültəsində elmi iş təqdim edərək “Ən aktual tədqiqat işi” nominasiyası ilə diplomla təltif edilmişdir. Beynəlxalq təşkilat olan “Həkim və Təbib Tələbələr Birliyi”-də artıq 2 ildir ki, İctimai Sağlamlıq (SCOPH) komitəsində aktiv üzvdür. Hal-hazırda “Səhiyyə Klubu” daxilində “Capacity Building” -in rəhbəridir. Cavid düşünür ki, tələbəlik illərində keçirilən dərsləri yaxşı mənimsəmək, sosial fəaliyyətlərdə aktiv iştirak etmək, fəaliyyətlərə məsuliyyətlə yanaşmaq uğurlu gələcəyin açarıdır. Gələcək məqsədlərindən biri savadlı İctimai Səhiyyə mütəxəsisi olmaq və ölkəmizin səhiyyə sisteminin inkişafına töhfə verməkdir.