Əhmədova Nailə Müşviq qızı

21 oktyabr 2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Bakı şəhəri “Zəngi liseyi”-nə daxil olmuşdur. Məktəb illərində konfranslarda, olimpiadalarda aktiv iştirak etmiş, məktəb teatrında rollar aparmış, bədii-qiraətinə görə tədbirlərdə şeirlər demiş, “Kiçik Akademiya”-larda müvafiq fənnlər üzrə yer tutmuşdur. 2020-ci ildə Azərbaycan Tibb Universiteti İctimai Səhiyyə fakültəsinə daxil olmuşdur. Universitetə daxil olduğu vaxtdan müxtəlif tədbirlərdə aktiv iştirak etmiş, universitetin volleybol komandasında 1 il fəaliyyət göstərmiş, Teatr Klubunda 2 il ərzində fərqli rollar canlandırmış, 2 il müddətində “Tələbə Həmkarlar İttifaqı”-da fakültə müavini üzrə fəaliyyət göstərmiş, 2 dəfə İctimai Səhiyyə fakültəsində elmi iş təqdim edərək 2-ci yerə və sertifikata layiq görülmüşdür. Beynəlxalq təşkilat olan “Həkim və Təbib Tələbələr Birliyi”-də artıq 2 ildir ki, İctimai Sağlamlıq (SCOPH) komitəsinin sədridir və İctimai Səhiyyə fakültəsinin tələbələri üçün ölkəmizdə ilk dəfə müvafiq sahə üzrə mübadilə proqramını beynəlxalq səviyyədə təşkil etmişdir. Sözü gedən SCOPH mübadilə proqramına, “Azərbaycan-AzerMDS”-i Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (IFMSA) data-bazasına əlavə etmişdir.  Hal-hazırda “Səhiyyə Klubu”-nun sədridir və fakültədə yer alan hər 3 ixtisas üzrə komandası ilə birgə aktiv layihələr icra edir. Nailə düşünür ki, tələbəlik illəri sosiallaşmaq və özünü inkişaf etdirmək üçün çox gözəl perioddur və bütün tələbələrə müəyyən fayda verərək, birlik olmağın əhəmiyyətini anlayır, həm də digərlərini motivasiya edir. Gələcək məqsədlərindən biri ölkəmizdə İctimai Səhiyyə istiqamətində əsaslı dəyişikliklər aparmaq və xəstəliklərin azalmasında, həmçinin səhiyyə sisteminin əlçatanlığının təmin olunmasında əhəmiyyətli işlər görməkdir.