Əlizadə Cəmilə Samir qızı
23 aprel 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2019-cu ilə qədər Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində təhsil almışdır, 2021-ci ildə isə Akademik Zərifə Əliyeva adına Liseyin məzunu olmuşdur. Oxuduğu məktəb illərində müxtəlif Respublika və Beynəlxalq olimpiadalarda iştirak edərək, nailiyyətlər qazanmışdır.
2021-ci ildə Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsinə daxil olmuşdur. Hal hazirda 321R1A qrupunda, İctimai Səhiyyə ixtisasında təhsil alır.
-2024-cü ildə Tələbə Elmi Cəmiyyətinin ”Elmin gücü ilə yaşıl gələcəyə” adlı konfransında “Ən innovativ iş” nominasiyasının qalibi olmuşdur və diplom ilə təltif edilmişdir. Mütəmadi olaraq müxtəlif konfarnslarda və vebinarlarda iştirak edir.
-ATU Tədris Cərrahiyə Klinikasında cərrahiyə şöbəsində könüllü olaraq çalışmışdır
-TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada könüllü olaraq fəaliyyət gostərmişdir.
-Fakültənin PR meneceridir.
-Azərbaycan Qızıl Aypara Cəmiyyətin könüllüsüdür.
Təhsilini davam edərək, gələcəkdə məqsədi Azərbaycan xalqına yararlı, peşəkar həkim olmaqdır.