Fatimə Nuriyeva Zaur qızı
17 fevral 2004-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Məktəb illərində tədbirlərdə, olimpiadalarda aktiv iştirak etmişdir . Və kimya fənni üzrə olimpiadalardan müəyyən yerlər tutmuşdur. Əla səviyyədə Azərbaycan, Türk , İngilis dillərinə və yaxşı səviyyədə Rus dilinə hakimdir . 2021-ci ildə Azərbaycan Tibb universitetinin İctimai Səhiyyə ixtisasına daxil olmuşdur . 2024-cü ildə İctimai səhiyyə fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir . Fatimə Nuriyeva həmçinin Amerika Birləşmiş Ştatlarının Səhiyyə Siyasəti üzrə Harvard Universitetinin rəsmi sertifikatına malikdir və bu, onun akademik mükəmməlliyə olan bağlılığını və ənənəvi hüdudlardan kənarda bilik axtarışlarını daha da nümayiş etdirir. Və ÜST Səhiyyə Fövqəladə Hallar Proqramının onlayn öyrənmə layihəsi olan OPENWHO.orgg tərəfindən keçirilən kursu uğurla başa vurub WHO Neglected Tropical Disease Control Divisions Public Health and Pesticides üzrə rəsmi sertifikatını əldə edib . Bundan əlavə, Fatimə çoxsaylı beynəlxalq konfranslarda fəal iştirak edib, burada o öz tədqiqat nəticələrini nümayiş etdirib və tibbin bir çox sahəsində təcrübəsini artırmışdır.Həmçinin Fatimə Tibb Universitetində Enactus komandasının maliyyə meneceri kimi fəaliyyət göstərir . Gələcəkdəki məqsədi, ixtisası üzrə ən yüksək səviyyəyə çatmaq , Azərbaycanda İctimai Səhiyyəni daha da yüksəltmək və bizneslərini daha da inkişaf etdirməkdir .