2002 - 2007 -ci illərdə Azərbaycan Dillər Universitetinin tərcümə(ingilis dili) ixtisası üzrə fərqlənmə diplomu ilə və 2022-2024-cü illərdə Azərbaycan Texniki Universitetinin səhiyyə menecmenti (ingilis bölməsi)üzrə bitirmişdir. Həmin ildə “Optimizing the quality of healthcare for the homeless” mövzusunda dissertasiya işini yüksək qiymətləndirmə ilə müdafiə etmişdir.
2008-2019-cu illər ərzində fasilərlə “Muğanbank” ASC filialında mühasib və baş mühasib vəzifələrində çalışıb, 2006- 2007 -ci illərdə “Primol Shipping İnt Co.” şirkətində tərcüməçi vəzifəsində çalışmişdir. “CeltCollege” də ingilis dili müəllimi olaraq fəaliyyət göstərmişdir. 2023-cü ildə “TESOL” sertifikatı əldə etmişdir.
2019 -cu ildən hal hazırkı dövrə qədər “Əcnəbi təhsilalanlarla iş üzrə dekanlıq” da miqrasiya və visa məsələləri üzrə mütəxəssis vəzifəsində çalışır.
Əcnəbi təhsilalanlar üçün vizaların işlənməsi və giriş icazələri üçün cavabdehdir. Tələbə vizası üçün tələb olunan rəsmi dəvət məktubları verir və tələb olunan sənədlər, vaxt qrafikləri və səfirlik əlaqələri daxil olmaqla, viza prosesi ilə bağlı təlimatlar təqdim edir. Əcnəbi təhsilanlara müvəqqəti yaşayış statusu, immiqrasiya orqanlarında qeydiyyat və yenilənmə prosesləri ilə bağlı yerli qanuni tələblər vasitəsilə tez-tez rəhbərlik etməklə, müvəqqəti yaşayış icazələrinin əldə olunmasında dəstək verir. Tələbə məlumatlarını universitetin məlumat bazasına daxil edir və bu məlumat daha sonra Təhsil və Elm Nazirliyinə təqdim edilir, bütün tələbə məlumatlarının, akademik statusun yenilənməsinin dəqiq qeyd olunmasını təmin edir.