ATU-NUN LOKAL ETİK KOMİTƏSİNİN 2023-2024-CÜ İL ÜZRƏ HESABATI

    Lokal Etik Komitə(LEK)-ATU-nun bazasında müstəqil orqan olub, klinik tədqiqatların iştirakçıların hüquq və maraqlarına, etik normalarına riayət etməklə aparılmasına kömək edir.

   LEK klinik təcrübələrin, dərman vasitələrinin klinik tədqiqatlarının, dissertasiya işləri daxil olmaqla digər tədqiqat işlərinin tibbi-sosial tədqiqinin etik və hüquqi aspektlərinin qiymətləndirilməsini aparır.

  LEK 10-№-li əmr əsasında 29.09.2017-ci il tarixində yaradılıb və aşağıdakı qanunlar əsasında fəaliyət göstərir:

  LEK klinik təcrübələrin, dərman vasitələrinin klinik tədqiqatlarının, dissertasiya işləri daxil olmaqla digər tədqiqat işlərinin tibbi-sosial tədqiqinin etik və hüquqi aspektlərinin qiymətləndirilməsini aparır.

  İclaslarda, klinik tədqiqatlarda iştirak edən bütün tərəflər arasında səmərəli qarşılıqlı əlaqə mexanizminin yaradılması, klinik sınaqların və biotibbi tədqiqatların tənzimlənməsində müasir çağırışların aşkar edilməsi və müzakirəsinə həsr olunmuş ümumi məsələlər müzakirə edilmişdir.

  Hesabat  ili ərzində sənədlərin müzakirəsi keçirildi, müzakirənin yekunlarına əsasən, tədqiqat protokoluna və onunla əlaqəli sənədlərə ekspertin qeydlərinə uyğun olaraq dəyişikliklərin edilməsi tövsiyə olundu.

 05.04.2024-cü il tarixində keçirilən LEK iclasında LEK-in tərkibində dəyişikliklərə dair qaydaya əsasən, LEK sədri R. Bəylərov tərəfindən komitənin üzvü t.e.d., prof. Hacıyeva N.-nin ümumi ekspert heyətindən komitənin cərrahiyyə sahəsi üzrə müstəqil ekspert mövqeyinə rotasiyası təklif edilmişdir. Yeni ekspert kimi t.e.d., prof. Əliyev S.-nin namizədliyi müzakirə olunmuş və səs çoxluğu ilə namizədlik təsdiq edilmişdir.

 Hesabat ili ərzində Lokal Etik Komitənin genişləndirilməsi və iki alt qrupun yaradılması ilə bağlı bəzi məsələlər müzakirə edilmişdir:

 1) magistr işlərinin etik aspektləri ilə məşğul olacaq alt qrup

 2) eksperimental tədqiqatların etik ekspertizasına məsul olan alt qrup.

Təklif əksər səs çoxluğu ilə qəbul edildi. Alt qrupların tərkibi hələ də müzakirə mərhələsindədir.

     Hesabat dövrü zamanı keçirilmiş 6 iclas çərçivəsində 2 doktorluq, 13 namizədlik alimlik dərəcəsi almaq üçün 16 elmi işin etik ekspertizası aparılmışdır. Bir iş Tibb Universitetinin əməkdaşlarının iştirak etdiyi  ÜST-nın irimiqyaslı layihələri çərçivəsində olmuşdur.

  Hesabat dövrü komissiyanın iclaslarında beynəlxalq və respublika əhəmiyyətli aşağıdakı klinik tədqiqatların aparılması üçün ilkin müraciətlər nəzərdən keçirildi:

Tədqiqatın adı: Vaksinasiyaya inamı artırmaq və peyvəndləmə əhatəsini yüksəltmək üçün «Vaksinasiya ilə bağlı Tibb İşçilərinin Ünsiyyət Bacarıqları» təliminin effektivliyininin qiymətləndirilməsi

Əsas tədqiqatçı: Aygün Xəlilova, TƏBİB-in Tibbi xidmətlərin təşkili departamenti, İlkin səhiyyə xidmətləri şöbəsinin aparıcı məsləhətçisi

Sevinc Həsənova, ÜST-nin Azərbaycandakı Ölkə Ofisinin Milli PQXİ mütəxəssisi, Azərbaycan

Şahnaz Həsənova, ÜST, Məsləhətçi.                        

Emma Anderson, ÜST, Məsləhətçi.

Brett Kreyq, ÜST, Texniki mütəxəssis

Həm-tədqiqatçılar: Cavadlı Samir Sabir oğlu, ATU  Tibb və Sağlamlıq Elmləri kafedrasının müdiri, dosent.