Lokal Etik Komitə ATU-nun bazasında müstəqil orqan olub, klinik tədqiqatların iştirakçıların hüquq və maraqlarına, etik normalarına riayət etməklə aparılmasına kömək edir.
LEK 10- №-li əmr əsasında 29.09.2017-ci il tarixində yaradılıb.
LEK-nin tərkibi ATU-nin rektoru tərəfindən təsdiqlənmiş və 5 həkim, 1 hüquqşünas və 1 ruhani olmaqla 7 nəfərdən ibarətdir.
LEK klinik təcrübələrin, dərman vasitələrinin klinik tədqiqatlarının, dissertasiya işləri daxil olmaqla digər tədqiqat işlərinin tibbi-sosial tədqiqinin etik və hüquqi aspektlərinin qiymətləndirilməsini aparır.
İclaslarda, klinik tədqiqatlarda iştirak edən bütün tərəflər arasında səmərəli qarşılıqlı əlaqə mexanizminin yaradılması, klinik sınaqların və biotibbi tədqiqatların tənzimlənməsində müasir çağırışların aşkar edilməsi və müzakirəsinə həsr olunmuş ümumi məsələlər müzakirə edilmişdir.
Hesabat dövrü zamanı 1 doktorluq, 5 namizədlik, cəmi 6 elmi tədqiqat işinin ekspertizası aparılmış LEK-nin 3 iclası keçirilmişdir:
1. Tədqiqatın adı: Autoimmun tireoiditlərin biokimyəvi və molekulyar-genetik aspektləri
Elmi rəhbər: Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının professoru, b.ü.e.d. Əfəndiyev Arif Mustafa oğlu
Əsas tədqiqatçı: Rəhimova Rəna Rüfət qızı, Biokimya kafedrasının assistenti, doktorant.
2.Tədqiqatın adı: “Genital prolapsı olan qadınlarda laparoskopik sakropeksiya əməliyyatların effektivliyi və qadının həyat keyfiyyətinə təsiri”
Elmi rəhbər: Islam Mahalov, Professor
Əsas tədqiqatçı: Əliyeva Rəxşəndə , Həkim Mama-ginekoloq, ATU TCK
3. Tədqiqatın adı: «Baş beyin kəskin qan dövranı pozulmalarının 2-ci tip şəkərli diabetdə gedişatı, müalicəsi və proqnozu”.
Elmi rəhbər: ATU-nun Nevrologiya kafedrasının professoru,t.e.d.,Məmmədbəyli
Aytən Kazım q.
Əsas tədqiqatçı: Sevinc Salamova Məhərrəm qızı, həkim-nevropatoloq, Bakı Sağlamlıq mərkəzi
4. Название исследования: “Становление антимикробных пептидов недоношенных детей с перинатальной энцефалопатией”.
Научный руководитель: Гасанов Сафихан Шамиль оглы, доктор медицинских наук, профессор, заведующий кафедры I Детские болезни АМУ, НИИ Педиатрии имени К.Я.Фараджевой
Основной исследователь: Аббасова Забита Надир кызы. Баку Медикал Плаза (педиатр)
Ekspertizanın aparılması və informasiya verilməsinə sərf olunan orta zaman müddəti 2-3 həftə olmuşdur. Hesabat müddəti ərzində elmi tədqiqatlara cəlb olunmuş iştirakçılara dair ciddi neqativ pozuntular aşkarlanmamışdır.
Hesabat müddəti ərzində normativ sənədlərə yenidən baxış olmamışdır.