- Lokal Etik Komitə biomedikal tədqiqatların aparılmasına dair qərarları haqqında müraciətçiyə vaxtında yazılı şəkildə məlumat verir;
- Müraciətçiyə Lokal Etik Komitənin qərarı barədə LEK-in iclasından sonra 10 gün ərzində məlumat verilir;
- Müraciətçiyə yazılı məlumatlandırma sənədində Lokal Etik Komitənin qəbul etdiyi qərarın aydın şəkildə şərhi, eləcə də LEK-in qərarına əlavə etməyi zəruri hesab etdiyi tövsiyələr, xüsusi rəylər və ya əlavə tələblər yer almalıdır;
- Tədqiqatın aparılmasına icazə verilmədiyi halda, sənəddə imtina səbəblərinin aydın şərhi, tarix və Lokal Etik Komitə sədrinin imzası və ya sədrin olmadığı halda, LEK katibinin imzası olmalıdır.
Əgər müraciətçi Lokal Etik Komitənin klinik tədqiqatın aparılmasına və ya tədqiqat sənədlərinin dəyişdirilməsinə razılıq verməməsi ilə razı deyilsə, o, aşağıdakıları tələb edə bilər:
- Öz mövqeyini əsaslandırmaq üçün LEK iclasında iştirak etməklə sənədlərin yenidən baxılmasını;
- Qarşılıqlı razılıq əsasında müstəqil ekspertlərin təyin edilməsini.
- Elmi katibin münaqişə vəziyyəti ilə bağlı sorğusuna əsasən Komitə bu sorğunu öz iclasında müzakirə etməyə borcludur.
- Komitə ya katibin sorğusunu nəzərə ala bilər, ya da qərarını təsdiq edərsə, katibə müvafiq izahatlar verə bilər.