Psixoloji narahatlıqlar hər yaşda tez-tez müşahidə olunsa da, hər cəmiyyətdə və mühitdə insanlar tərəfindən fərqli qəbul edilir. Bu tərz psixoloji problemləri olan bir çox insanın yaşadığı ‘bir həqiqət’ vardır; lakin yenə də çox insan psixiatrlara və yaxud terapistlərə müraciət etməkdən çəkinir. Halbuki fiziki narahatlıqlar kimi, psixoloji narahatlıqların da bir mütəxəssisin dəstəyi ilə həll olunması lazımdır. Əgər bu yolda bizimlə birgə addımlasanız: •Tanınmış və məşhur psixoloqlarla və ya həkimlərlə ,həmçinin popular natiqlərlə üz-üzə görüşmə imkanı; •Psixoloji görüşlərdə iştirak etmək; •Psixoloji və maarifləndirici tədbirlər; •Sağlamlığınıza daha faydalı olacaq məlumat və faktlar; • “Psixologiya və Şəxsi inkişaf”la bağlı məlumatlandırıcı mətnlər,podkastlar və xüsusi layihələr; •Klubun üzvləri ilə edə biləcəyiniz maraqlı və əyləncəli söhbətlər üçün səmimi qruplar; Və daha çoxu ilə tanış olacaqsınız. Hədəfimiz isə klubumuzun fəaliyyətini böyütmək və inkişaf etdirmək; Hər bir tələbə yoldaşımıza həm mənəvi,həm də psixoloji dəstək olaraq onları depressiv mövzulardan uzaq tutmaq; Diksiya təlimi,psixoloji təlimlər,maraqlı yarışmalar,əyləncəli terapiyalar və daha nələr nələr …
__________________________________________________
Nəticədə məqsədimiz tələbələrin psixoloji və şəxsi inkişafını dəstəkləmək, onların həyat keyfiyyətini artırmaq və sağlam psixoloji mühit yaratmaqdır. Sizləri bu səyahətdə bizə qoşulmağa dəvət edirik. Birlikdə, daha yaxşı bir gələcək üçün güclü addımlar ata bilərik!
Sədr: İskəndərov Nəriman
Təşkilati işlər üzrə müavin : Kərimli Leyla
Klub daxili işlər üzrə müavin: Kazımlı Məlahət
Layihə rəhbəri: Ələsgərli Mehinbanu