Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Əməkdar elm xadimi"
Allahverdiyeva Lalə İsmayıl qızı
Bağırova Hicran Firudin qızı
Məmmədov Arif Məmməd oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 aprel 2021-ci il.