Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar müəllim"

Həsənov Faiq Paşa oğlu

Məmmədov Fəxrəddin Nərman oğlu 

Məmmədova Zemfira Şahnəzər qızı

Ocaqverdi Zadə Elmira Əli qızı

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 aprel 2021-ci il.