Azərbaycan Tibb Universitetinə ödənişli əsaslarla qəbul olan məcburi köçkün, valideyn himayəsindən məhrum olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları, əlil tələbə, şəhid ailəsindən olan və müharibə veteranı statusunu almış tələbələr tələb olunan sənədləri təqdim etdikdən sonra onların təhsil haqqları dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Həmçinin valideyn himayəsindən məhrum olunmuş tələbələrə təqaüdün 2 misli miqdarında təqaüd ödənilir, eləcə də şəhid övladına xüsusi təqaüd ödənilir.

Məcburi köçkün ailəsindən olanlar

  1. Abituriyentin məcburi köçkünlük və şəxsiyyət vəsiqələri və surəti (notarial təsdiqli).

 

Şəhid ailəsindən olanlar

  1. Şəhidlik haqqında vəsiqə və surəti (abituriyentin adına) (notarial təsdiqli).
  2. Doğum haqqında şəhadətnamə və surəti (notarial təsdiqli).
  3. Şəxsiyyət vəsiqəsinin surəti (notarial təsdiqli).
  4.  

Valideyn himayəsindən məhrum  olanlar

  1. Valideynin ölüm haqqında  şəhadətnaməsi və surəti (notarial təsdiqli).
  2. Valideynin I və ya II qrup əlillik haqqında sənəd və surəti (notarial təsdiqli).
  3. Abituriyentin doğum haqqında şəhadətnaməsi və surəti (notarial təsdiqli).
  4. Şəxsiyyət vəsiqəsinin surəti (notarial təsdiqli).

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilənlər

  1. Valideynin ölüm haqqında  şəhadətnaməsi və surəti (notarial təsdiqli).
  2. Valideynin əlillik haqqında sənədi və surəti (notarial təsdiqli).
  3. Abituriyentin doğum haqqında şəhadətnaməsi və surəti (notarial təsdiqli).
  4. Şəxsiyyət vəsiqəsinin surəti (notarial təsdiqli).

Əlil tələbə

  1. Əlilliyinə dair vəsiqə və surəti (notarial təsdiqli).
  2. şəxsiyyət vəsiqəsi və surəti (notarial təsdiqli).

Müharibə veteranı

  1. Müharibə veteranı olduğuna dair vəsiqə və surəti (notarial təsdiqli).
  2. Şəxsiyyət vəsiqəsi və surəti (notarial təsdiqli).