Haqqında
ATU Karyera mərkəzi tələbə və məzunların uğurlu karyera qurması məqsədilə hərtərəfli dəstək göstərməyə çalısır. Missiyamız tələbələrə səhiyyə sahəsində uğurlu karyera qurmaq üçün zəruri resursları və əlaqələri təqdim etməkdir.
Missiya
Fərdi karyera sessiyaları, təcrübə və rezidentura proqramlarına müraciət və davamlı peşəkar inkişaf üzrə dəstək göstəririk. Karyera mərkəzi tələbələr, məzunlar, tibb müəssisələri və səhiyyə liderləri arasında əlaqələrin qurulmasını təşviq edir.
Əsas xidmətlər və dəstək
Karyera mərkəzi ATU-nun tələbə və məzunlarına karyeralarını istiqamətləndirmək və səhiyyə sahəsində uğur qazanmaq üçün geniş xidmətlər təqdim edir. Mütəxəssislər qrupu tələbələrə fərdi dəstək və konsultasiyalar təklif edir.
1. Karyera məsləhətləri
Karyera mütəxəssislərimiz tələbələrə güclü tərəflər, maraqlar və karyera məqsədlərini qiymətləndirməyə kömək etmək üçün fərdi məsləhətlər verirlər. Klinik təcrübə, tədqiqat sahəsi və ya səhiyyə idarəçiliyi arasında seçim etsəniz də, komandamız sizə seçimlərinizi araşdırmağa və karyera yolu inkişaf etdirməyə kömək edəcək.
Əsas Xidmətlər:
İxtisas və karyera seçimlərini araşdırmaq üçün fərdi karyera məsləhətləri.
Uzunmüddətli karyera strategiyasını tərtib etmək və əldə edilə bilən məqsədləri təyin etmək.
Böyük karyera keçidləri zamanı emosional və praktik dəstək (məsələn, bakalavr təhsilindən sonra rezidenturaya keçid).
2. CV hazırlanması/ Müşayiət məktubunun yazılması
CV və müşayiət məktubunuz dərin təəssürat yaratmaq üçün vacib vasitələrdir. Mütəxəssis komandamız iş sənədlərinizin özəl tərtib olunması üçün sizə hərtərəfli dəstək təklif edir.
Əsas Xidmətlər:
CV hazırlamaq: klinik təcrübənizi, akademik nailiyyətlərinizi və dərsdənkənar fəaliyyətlərinizi əks etdirən CV hazırlamağa kömək edirik. Sənədlərinizi səhiyyə, rezidentura və akademik sahələr üzrə işəgötürənlərin gözləntilərinə uyğunlaşdırırıq.
Müşayiət məktubu: Tibbə olan maraq, bacarıqlar və məqsədləri əks etdirən, potensial işəgötürənlərin və ya rezidentura proqramlarının dəyərlərinə uyğun olan müşayiət məktublarının yazılmasında dəstək.
Sənədlərin yoxlanılması: CV və müşayiət məktubunuz haqqında rəylərin bildirilməsi.
3. Müsahibə üzrə təlimlər
Müsahibələrə yüksək səviyyədə hazırlıq səhiyyə sahəsində işəgötürənlərdə güclü təəssürat yaratmaq üçün lazımdır. Karyera mərkəzi tələbələrə müsahibələrdə uğur əldə etmək üçün müsahibə üzrə təlimlər keçirir.
Əsas Xidmətlər:
Simulyasiya edilmiş müsahibələr: simulyasiya edilmiş müsahibələrin keçirilməsi, ona əsasən cavablarınız və bədən diliniz barədə konstruktiv rəy alacaqsınız.
Müsahibə: komanda işi, liderlik, problemlərin həll edilməsi və qərarların qəbul edilməsi ilə bağlı suallar daxil olmaqla standart və çətin sualların cavablarına diqqət yetirin.
Müsahibə strategiyası: yaxşı təəssürat yaratmaq üçün xüsusi müsahibə formatlarına (məsələn, qrup müsahibələri, virtual müsahibələr) hazır olmağa dair məsləhətlər alacaqsız.
4. Şəbəkə imkanları
Karyera mərkəzi tələbələri məzunlar, işə götürənlər və sənaye liderləri ilə əlaqələndirmək üçün şəbəkə tədbirləri təşkil edir. Bu tədbirlər tələbələrə sual vermək, məsləhət almaq və peşəkar əlaqələr qurmaq üçün imkanlar yaradır.
Əsas Xidmətlər:
Karyera şəbəkəsi tədbirləri: tələbələrin, klinikaların, tədqiqat institutları və digər səhiyyə təşkilatların iştirakı ilə tədbirlərin keçirilməsi.
Məzunlar şəbəkəsi: karyera təcrübələrini və tövsiyələrini bölüşə bilən və potensial vakansiyalar təklif edə bilən ATU məzunları ilə əlaqələrin qurulması.
Peşəkar müzakirələr: səhiyyə liderləri və təcrübəli mütəxəssislər yeni səhiyyə trendləri, karyera inkişafı ilə bağlı fikirlərini bölüşür və xüsusi ixtisaslara dair məsləhətlər verirlər.
5. İş tapmaqda dəstək
Mütəxəssislərimiz iş tapmaqda kömək edəcək alətlər və mənbələr təqdim edirlər. Biz iş tapmaq prosesində tələbələrə hərtərəfli dəstək göstəririk.
Əsas Xidmətlər:
İş portalları və vakansiya siyahıları: tam və ya part-time iş, təcrübə imkanları və vakansiyaları təklif edən onlayn portallara giriş.
İş axtarışı üzrə strategiya: işəgötürən qurumları araşdırmaq, iş axtarış sistemlərindən düzgün istifadə etmək üzrə təlimat.
Məşğulluq üzrə dəstək: tələbələrin işəgötürənlərlə əlaqə qurmasına davamlı dəstək, müsahibə prosesi ilə bağlı tövsiyələrin verilməsi.
6. Rezidentura və təqaüd müraciətlərinə dəstək
Rezidentura proqramına müraciət və ya təqaüd almaq imkanı tibb tələbəsinin karyerasında çox vacib məqamdır. Karyera mərkəzi tələbələrə müraciət prosesinin bütün aspektlərində kömək edir.
Əsas Xidmətlər:
Müraciət prosesi: rezidentura proqramlarının seçimi, müraciətlərin hazırlanması və vaxtın idarə olunması üzrə tövsiyələr.
Şəxsi məlumat: bacarıqları, təcrübəni və məqsədlərinizi əks etdirən müraciət hazırlamaq üzrə rəylərin verilməsi.
Seçim prosesi ilə bağlı məsləhətlər: rezidentura proqramlarının seçilməsi prosesində fərdi dəstək və digər xidmətlər.
7. İxtisasartırma seminarları
Seminarlarımız tibb sahəsində uğur qazanmaq üçün böyük əhəmiyyət kəsb edən əsas bacarıqların inkişafına yönəlib. Bu seminarlar tələbələrə peşə bacarıqlarını gücləndirməyə kömək edir.
Əsas Xidmətlər:
Liderlik və ünsiyyət bacarıqları: komanda işi, problemlərin həlli və iş yerində ünsiyyət qurmaq kimi vacib bacarıqların inkişafına yönəlmiş seminarlar.
Vaxtın düzgün idarə edilməsi: Tələbələrin streslə mübarizə aparmasına, tibbi karyerada iş – şəxsi həyat balansını qorumağa kömək edəcək seminarlar.
Səhiyyə sahəsində sahibkarlıq. Tələbələr üçün səhiyyə startaplar və tibbin sahibkarlıq tərəfinin inkişafı üzrə seminarlar təklif edirik.
8. Elmi tədqiqat və akademik karyera üzrə dəstək
Akademik və ya tədqiqat karyerası ilə maraqlanan tələbələr üçün Karyera mərkəzimiz tədqiqat imkanlarını tapmaq və uğurlu bir akademik karyera qurmaq üzrə dəstək təklif edir.
Əsas Xidmətlər:
Axtarış: tələbələrə həm universitetdə, həm də xarici qurumlarda tədqiqat imkanlarını tapmaq və müraciət etmək üzrə dəstək.
Akademik karyera: akademik sahə ilə maraqlanan tələbələr üçün fərdi təlimat, o cümlədən tədqiqat işin idarə edilməsinə və qrantların alınmasına dair məsləhətlər.
Tədqiqat şəbəkəsi: tədqiqat və akademik imkanları müzakirə etmək üçün tibbin müxtəlif sahələri üzrə aparıcı tədqiqatçılar və ekspertlərlə görüşlərin keçirilməsi.
9. Qlobal səhiyyə perspektivləri
Karyera mərkəzimiz qlobal səhiyyə ilə maraqlanan tələbələrə təcrübə proqramları, könüllülük imkanları və beynəlxalq tibb müəssisələrində iş tapmaqda dəstək göstərir.
Əsas Xidmətlər:
Qlobal səhiyyə təcrübələri: Beynəlxalq QHT və ictimai səhiyyə agentliklər ilə əlaqələrin qurulması.
Beynəlxalq konfranslar və şəbəkə: qlobal səhiyyə müzakirələrində iştirak etmək və beynəlxalq səhiyyə sistemlərində çalışan mütəxəssislərlə şəbəkə yaratmaq imkanları.
Beynəlxalq təlimlər: qlobal səhiyyə problemləri və imkanlarına həsr olunmuş seminarlar.
Əsas layihələr:
1. İnnovasiya laboratoriyası
Səhiyyə innovasiya laboratoriyası tələbələri səhiyyə sahəsindəki sahibkarlar və liderlərlə əlaqələndirməyə yönəlmiş bir layihədir. Bu təşəbbüs sayəsində tələbələr yeni texnologiyalar, səhiyyə startapları haqqında məlumat əldə edə bilərlər. Həmçinin, problemlərin həlli, layihənin idarə edilməsi və digər vacib bacarıqları inkişaf etdirməyə kömək edən innovativ layihələrdə iştirak edə bilərlər.
2. Qlobal səhiyyə sahəsində təcrübə proqramı
Bu unikal proqram tələbələrə beynəlxalq səhiyyə təşkilatları, qeyri-hökumət təşkilatlar ilə işləmək imkanı təklif edir. Həmin təcrübə proqramları qlobal səhiyyə və tədqiqat fəaliyyəti ilə maraqlanan tələbələr üçün nəzərdə tutulub.
3. Mentorluq proqramı
Bu proqram tələbələri həkimlər və səhiyyə işçiləri ilə birləşdirir. Mentorlar xüsusi tibbi ixtisaslar haqqında məlumat, karyera məsləhətləri verir və tələbələri karyera inkişafına kömək edə biləcək mütəxəssislər şəbəkəsi ilə tanış edir.
4. Tədqiqat şəbəkəsi
Bu şəbəkə tələbələri universitet daxilində və xaricində tədqiqat imkanları ilə əlaqələndirir. Tibbi tədqiqatlarla maraqlanan tələbələr zəruri təcrübə qazanmaq və elm sahəsinə töhfə vermək üçün akademik və karyera maraqlarına uyğun layihələr tapa bilərlər.