Tələbələrə karyera məsləhət sessiyaları təklif olunur

 

Azərbaycan Tibb Universitetinin Karyera mərkəzi hər bir tələbənin unikal ehtiyacları nəzərə almaqla geniş çeşidli karyera məsləhətləri təklif edir. Hal-hazırda təhsil alırsınızsa və ya işə başlamağa hazırlaşırsınızsa, mütəxəssislərimiz sizə hər zaman fərdi dəstək göstərməyə hazırdır. Məqsədimiz sizi tibbi karyeranızın növbəti mərhələsinə tam hazırlamaqdır.

Karyera məsləhətlərinin növləri:

1. Karyera üzrə fərdi konsultasiya xidməti 

Fərdi konsultasiya xidməti sizə karyera hədəflərinizi öyrənməyə və müəyyənləşdirməyə kömək edir. İxtisas seçimində çətinlik çəkirsiz, bakalavr dərəcəsindən rezidentura proqramına keçmək üçün təlimata ehtiyacınız varsa və ya işə başlamaq istəyirsinizsə, məsləhətçilərimiz sizə kömək etməyə hazırdır.

Əsas mövzular:

Tibbi ixtisasları və karyera imkanlarını araşdırmaq

Uzunmüddətli karyera planlaması və məqsədin təyin edilməsi

Karyera üzrə qərarların qəbulu

Güclü tərəflərin və maraqların qiymətləndirilməsi və müəyyənləşdirilməsi

 

2. Rezidentura proqramına müraciət etmək və ya təqaüd almaq üzrə dəstək

Rezidentura və ya təqaüd proqramlarına müraciət tibbi karyeranızdakı ən vacib addımlardan biridir. Məsləhətçilərimiz sizə müraciət prosesindən uğurla keçmək üçün xüsusi təlimlər təklif edirlər.

Əsas mövzular:

Rezidentura/təqaüd proqramlarının seçilməsi və öyrənilməsi

Müsahibələrə və seçimlərə hazırlıq

Müraciət üçün son tarixlərin nəzərə alınması

 

3. CV və müşayiət məktubunun baxılması

Mütəxəssislərimiz nailiyyətlərinizi, klinik təcrübənizi və bacarıqlarınızı əks etdirən tərcümeyi-halını və müşayiət məktubunuzu diqqətlə araşdıracaqlar. Rəy və tövsiyələrimiz sizə bu sənədləri işəgötürənlərin xüsusi səhiyyə ehtiyaclarına uyğun olaraq yazmağa kömək edəcək.

Əsas mövzular:

CV-nin düzgün yazılması

Maraqlarınızı və bacarıqlarınızı əks etdirən müşayiət məktubların yazılması

 

4. Təlimat və müsahibələrə hazırlıq

İşə qəbul zamanı müsahibə mühüm rol oynayır. Sınaq müsahibələrimiz real müsahibə formatında təşkil olunur. Cavablarınızı, bədən dilinizi inkişaf etdirməyə kömək edəcək rəylər veririk. Müsahibəyə (üz-üzə və ya virtual müsahibə) hazır olmağınız üçün özünüzə inamınızı artırmağa çalışırıq.

Əsas mövzular:

Davranış üsulları və STAR metodu üzrə təlim

Adi müsahibə suallarının cavablandırılması

Çətin və ya gözlənilməz sualların cavablandırılması

Virtual müsahibə üçün hazırlıq

 

5. İş axtarışı və əlaqələrin qurulması üzrə təlimat

Məsləhətçilərimiz sizə iş axtarışı prosesində dəstək göstərəcək. Effektiv iş axtarışı üzrə strategiyalardan, peşəkar şəbəkələrdən istifadə qaydaları və səhiyyə təşkilatları ilə əlaqə qurmaq haqqında məlumat təqdim edəcəklər.

Əsas mövzular:

İş axtarışı üzrə strategiyanın hazırlanması

Peşəkar şəbəkə qurmaq üçün Linkedın və digər onlayn vasitələrdən istifadə

Sahə mütəxəssisləri ilə əlaqələrin qurulması

 

6. Peşəkar inkişaf və karyera inkişafı

Liderlik bacarıqlarını inkişaf etdirmək, iş və şəxsi həyat arasındakı balansı qorumaq, akademik imkanlar haqqında məlumat almaq üçün sizə zəruri dəstək və resursları təqdim edirik.

Əsas mövzular:

Səhiyyə işçiləri üçün liderlik bacarıqları

İş həyatı-şəxsi həyat balansı, emosional yorğunluğun qarşısının alınması

Elmi tədqiqat, tədris və ya səhiyyə idarəçiliyinə keçid

Karyera imkanları və Davamlı təhsil

 

7. Qlobal səhiyyə və elmi tədqiqat üzrə karyera məsləhətləri

Qlobal səhiyyə və ya akademik fəaliyyətlə maraqlanan tələbələr üçün məsləhət xidmətlərimiz tədqiqat aparmaq, qrant almaq və ya beynəlxalq tibbi təcrübə keçmək üçün kömək edəcək. Mütəxəssislərimiz həmçinin qlobal səhiyyə və ya tədqiqat sahəsində karyera qurmaq haqqında məlumat təqdim edirlər.

Əsas mövzular:

Tədqiqat aparmaq üçün imkanların və elmi rəhbərlərin axtarışı

Qlobal səhiyyə sahəsində təcrübə və könüllülük proqramları

Akademik karyera qurmaq və tədqiqatın maliyyələşdirilməsini təmin etmək

Tibb və ya elmi tədqiqat sahəsində karyera qurmaq


Konsultasiya üçün qeydiyyat:

Karyera üzrə sessiyalar il ərzində təşkil olunur, öncədən qeydiyyat keçmək mütləqdir. Qısa məsləhət və ya davamlı dəstəyə ehtiyacınız varsa, sizə hər zaman kömək etməyə hazırıq.

     Qeydiyyat üçün E-mail: [email protected]

     Karyera mərkəzinin ünvanı (İnzibati bina, 3-cü mərtəbə)

İş saatları:

Suallarınız varsa və ya qısa məsləhət almaq istəyirsinizsə, hər gün saat 14:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlaya bilərsiniz. Öncədən qeydiyyat tələb olunmur!


Əlaqə:

Əlavə məlumat almaq üçün Karyera mərkəzinə müraciət edin:

Email: [email protected]  

Telefon: (+99412) 597 44 90

Ünvan: İnzibati bina, 3-cü mərtəbə