Rezidentura və davamlı təhsil
Azərbaycan Tibb Universitetində Rezidentura təhsilinə böyük diqqət yetirilir. Məzun olduqdan sonra tələbələrimiz ixtisaslaşmış rezidentura proqramları üzrə təhsilini davam etdirirlər. Kiliniki təcrübə zamanı tələbələrimiz iş və akademik vəzifələrini birləşdirərək işləyirlər. Bu cür yanaşma tibbi ixtisaslar üzrə klinik bacarıqları inkişaf etdirməyə imkan verir.
Səhiyyə Nazirliyi Rezidentura pilləsinin məzunlarını üç illik müddət ərzində müxtəlif müəssisələrdə işlə təmin edir.
Təcrübə və iş imkanları
Tibb proqramının üçüncü və ya dördüncü kursunu bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin tələbələri müxtəlif dövlət qurumlara və səhiyyə sahəsində işəgötürənlərə müraciət etmək üçün unikal imkanlara malikdirlər. Bu prosesdə iştirak edən qurumlardan biri TƏBİB-dir. Bu qurum tələbələrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibb müəssisələrində təcrübə keçmək imkanı yaradır.
Bu tələbələrə əvəzolunmaz praktik təcrübə qazandırır, öyrəndikləri bilikləri real həyatda tətbiq etməyə imkan verir. Həmçinin məzun olduqdan sonra işə düzəlməyə kömək edə biləcək peşəkar əlaqələr qurmağa kömək edir.
Dövlət qurumları ilə əməkdaşlıq
Azərbaycan Tibb Universiteti Dövlət məşğulluq agentliyi kimi müxtəlif dövlət qurumlarla əməkdaşlıq edir. Tələbələr vakansiya siyahılarını və işə qəbul üzrə dəstəyi alırlar, bu da onların iş tapmaq imkanlarını artırır.
Dövlət qurumlarla davamlı əməkdaşlıq sayəsində Universitet tələbələrin səhiyyə sektorundakı son trendlər və iş imkanları barədə məlumatlılığını təmin edir. Bunun sayəsində tələbələr akademik həyatdan peşəkar karyeraya keçid edirlər.
Tələbələrin iş həyatına hazırlanması
Azərbaycan Tibb Universiteti çalışır ki, tələbələri təkcə akademik cəhətdən deyil, həm də uğurlu işlə təmin olunmaq üçün lazımi bacarıqlara malik olsunlar.
Təhsil aldığı müddət ərzində tələbələrə tibb mütəxəssisləri ilə əlaqə qurmaq, seminarlarda iştirak etmək və gələcək karyeralarının ayrılmaz hissəsi olan tədbirlərdə iştirak etmək imkanı verilir.
Karyera qurmaq üzrə tədbirlər tələbələrə səhiyyə sahəsində olan ehtiyaclar və imkanlar haqqında dəyərli məlumatlar verir və onlara karyera ilə bağlı qərarlar qəbul etməyə imkan yaradır.
Gələcəyə baxış
Azərbaycan Tibb Universitetində Karyera tədbirləri akademik təqvimdə əsas yer tutur. Dövlət və özəl təşkilatlarla güclü əməkdaşlıq və universitetin davamlı dəstəyi sayəsində tələbələrimiz uğur qazanırlar.
Gələcək karyera tədbirləri, təcrübə imkanları və ya rezidentura proqramları haqqında daha çox məlumat almaq üçün Karyera Mərkəzinə müraciət edin.