Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında qeyd edilən ayrı-ayrı ixtisaslar üzrə təhsil müddəti 9 ixtisas üzrə 2 il, 8 ixtisas üzrə 3 il, 13 iztisas üzrə 4 il və 9 ixtisas üzrə 5 il olmaqla 2 ildən 5 ilə qədər müəyyən edilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 23 iyul 2010-cu il tarixli 57 nömrəli əmrinin 5-ci bəndinə müvafiq olaraq 2011-ci tədris ilinin mart ayında universitetdə internatura şöbəsinin ştatı əsasında rezidentura şöbəsi yaradılmışdır. Həmin əmrin 4.2 bəndinə əsasən rezidenturada həkim-mütəxzəssis hazırlığı aparacaq ixtisaslar üzrə Dövlət Standartlarının yaradılması məqsədilə universitetin rektoru akademik Ə.T.Əmiraslanovun 12.10 2010-cu il tarixli 412/T saylı əmri ilə 40 işçi qrupu yaradılmış, 2 ay ərzində ixtisaslar üzrə Dövlət Standartları hazırlanıb ekspertiza üçün Səhiyyə Nazirliyinə göndərilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 nömrəli qərarı ilə təsdiq olunmuş «Qaydaları»n 3-cü bəndinə uyğun olaraq rezidenturaya qəbul qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.
2011-ci ilinin oktyabr ayından başlayaraq Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəhbərliklərinin Azərbaycanda diplomdansonrakı təhsil üçün mütəxəssis hazırlığına - rezidenturaya qəbul qaydaları çox ciddi müzakirə olunmuş, rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli tərtib olunmuşdur. Bu cədvələ müvafiq olaraq baza ali tibb təhsili səviyyəsində istiqamətlər müalicə işi və pediatriya, stomatologiya, tibbi-biologiya, tibbi-profilaktika üzrə qruplaşdırılmışdır. İstiqamətlər üzrə rezidentura səviyyəsinə uyğun ixtisaslar bu şəkildə müvafiq olaraq müəyyənləşdirilmişdir:
1. Müalicə işi və pediatriya: sosial gigiyena və səhiyyənin təşkili, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, neyrocərrahiyyə, plastik cərrahiyyə, ürək-damar cərrahiyyəsi, uşaq cərrahiyyəsi, travmatologiya-ortopediya, otorinolarinqologiya, oftalmologiya, onkologiya, mamalıq-ginekologiya, urologiya, terapiya, pediatriya, kardiologiya, nefrologiya, qastroenterologiya, hematologiya, dermatovenerologiya, revmatologiya, endokrinologiya, yoluxucu xəstəliklər, nevrologiya, psixiatriya, narkologiya, ftiziatriya, immunologiya, allerqologiya, fizioterapiya və tibbi bərpa, şüa terapiyası, şüa diaqnostikası, mikrobiologiya, patoloji anatomiya, məhkəmə tibbi ekspertiza, genetika; (Cəmi 36 ixtisas)
2. Stomatologiya: sosial gigiyena və səhiyyənin təşkili; stomatologiya, üz-çənə cərrahiyyəsi;
3. Tibbi-biologiya: laboratoriya işi, mikrobiologiya, genetika;
4. Tibbi-profilaktika: sosial gigiyena və səhiyyənin təşkili, gigiyena, epidemiologiya, laboratoriya işi, mikrobiologiya.
Buna müvafiq olaraq rezidenturaya qəbul üçün imtahan aparılacaq baza və ixtisas fənnləri geniş müzakirə olunmuş və yekunda istiqamətlər üzrə aşağıdakı fənlər üzrə qəbul imtahanlarının aparılması qərara alınmışdır:
a) müalicə işi, pediatriya:
baza fənləri: insan anatomiyası, normal fiziologiya, patoloji anatomiya, patoloji fiziologiya, mikrobiologiya, farmakologiya;
ixtisas fənləri: daxili xəstəliklər (kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəsiəliklər, psixiatriya), cərrahi xəstəliklər (ümumi cərrahlıq, xüsusi cərrahlıq), mamalıq-ginekologiya, uşaq xəstəlikləri (uşaq xəstəliklərinin propedevtikası, neonatologiya);
b) stomatologiya:
baza fənləri: insan anatomiyası, normal fiziologiya, bioloji kimya, patoloji fiziologiya, mikrobiologiya, farmakologiya, patoloji anatomiya;
ixtisas fənləri: terapevtik stomatologiya, ortopedik stomatologiya, üz-çənə cərrahiyyəsi, uşaq stomatologiyası;
c) tibbi-biologiya:
baza fənləri: bioloji kimya, mikrobiologiya;
ixtisas fənləri: bioloji kimya;
d) tibbi-profilaktika
baza fənləri: bioloji kimya, mikrobiologiya;
ixtisas fənləri: gigiyena (ümumi, kommunal, qidalanma, əmək gigiyenası), epidemiologiya, mikrobiologiya, laboratoriya işi.
Rezidenturaya yalnız ali baza tibb təhsili olanlar qəbul oluna bilərlər. Azərbaycan vətəndaşları üçün dövlət planına müvafiq olaraq təhsil ödənişsiz və ödənişli əsaslarla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə müvafiq qanunvericilik qaydalarında nəzərdə tutulubsa ödənişsiz, digər halda yalnız ödənişli əsasla həyata keçirilir. Qəbul rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəlinə müvafiq olaraq, yəni bitirdiyi fakultəyə müvafiq ixtisaslar üzrə həyata keçirilir.
Azərbaycan Tibb Universitetində hazırlanması nəzərdə tutulan rezidentlər rektorluq tərəfindən müvafiq əmrlərlə eyni adlı kafedralara, universitet klinikalarına, laboratoriyalarına və s. müvafiq qurumlara təhkim olunurlar. Bu zaman rezidentlərə rəhbər kurator universitet rəhbərliyi tərəfindən təyin olunur və bu təyinat Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilir. Eyni vaxtda bir kuratora 2-dən çox rezidentə rəhbərliyə icazə verilmir. Rezidentura təhsilinə rəhbərlik universitetin müvafiq şöbəsi tərəfindən həyata keçirilir, rezidentlərin fərdi iş planı təsdiq olunur, illik hesabatları dillənilərək və illik hesabat məqbul sayıldıqda rezident attestasiyadan keçmiş hesab olunur