ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi universitet yarandığı gündən fəaliyyətini uğurla davam etdirir.

 

Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) aktiv fəaliyyəti var.

Təşkilatın nümayəndəsi Fakültə Elmi Şurasının, Komitənin sədri isə Universitetin Böyük Elmi Şurasının tam hüquqlu üzvüdür. ATU-da tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır.

ATU THİK tərkib hissəsi:

• Müalicə Profilaktika I fakültə sədri və müavini

• Müalicə Profilaktika II fakültə sədri və müavini

• Stomotologiya fakültə sədri və müavini

• İctimai Səhiyyə fakültə sədri və müavini

• Əczaçılıq fakültə sədri və müavini

• 12 klub sədri və müavini

• Aktiv büro üzvləri

Qeyd etmək istərdim ki, hazırda THİK nəzdində:

• “NƏ? HARADA? NƏ ZAMAN? oyunu üzrə intellektual klub

•  Teatr klubu

• “Vətəndaş cəmiyyəti-DEBAT”-ictimai klub

•  Kitab klubu

•  Xarici tələbələrin səsi

• “Medical conversation” danışıq klubu,

• “Hilal” yardım klubu

•  Media Departmenti

•  Şahmat klubu

•  Rəsm klubu

• “FLASHMOB” komandası,

•  Yaradıcılıq klubu fəaliyyət göstərir

ATU THİK iş prinsipi:

1. I kurs tələbələrinin həmkarlar komitəsində qeydiyyata götürülməsi

2.Tələbələrin hüquqlarının qorunması

3. Aktiv tələbələrlə mütəmadi görüş(gənc istedadlı tələbələrin seçilməsi və onlarla iş aparılması)

4.Tələbələrin nizam-intizam qaydalarına nəzarət

5.Tələbələri vətənpərvər ruhda maarifləndirmək

6. Tələbələrin yaşayışının yaxşılaşdırılması,aztəminatlı tələbə ailələrinə (şəhid və qazi ailələrinin övladları) maddi yardım  göstərilməsi

7.Asudə vaxtlarının səmərəli keçirilməsi üçün görülən işlər

8.Tələbələrin yataqxanalarla təmin olunması

9. Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı tədbirlərin aparılması

10. Sağlamlıq və idman sahəsində tələbələrə dəstək

11. Respublika daxilində və xaricində keçirilən müsabiqələrdə,konfranslarda,intelektual və Debat yarışlarda,olimpiadalarda,sərgilərdə,festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi

12. Mədəni maarif işlərinin aktiv aparılması

13.Poeziya və incəsənət xadimləri ilə görüş

14.İl ərzində dövlət tədbirlərinin və bayramların keçirilməsi

15.YAP tədbirlərində tələbələrin aktiv iştirakı

16.”Körpələr evi” və “Qocalar evinə” vaxtaşırı ziyarət

17.Teatr klubunun aktiv çalışmasına dəstək

18.Tələbə və gənclərlə bağlı həyata. keçirilən tədbirlər,habelə respublikanın ictimai-siyasi sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması

19. 1.Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması.

20.Xarici tələbələrin tədbirlərdə aktiv iştirakının təmin olunması.

Uzun illərdir öz fəaliyyətini davam etdirən ATU THİK 2022-ci ildə yeni sədr Dr.Qoşqar İsmayılovun gəlişi ilə daha böyük uğurlara imza atmışdır.2022-ci ildə təqvim planı qurulmuş və həyata keçirilməyə başlanmışdır.

Təqvim planı:

Son bir neçə ildə komitə sədri Q.İ.İsmayılovun rəhbərliyi altında keçirilən bəzi tədbirlərdən nümunələr:

• 2 fevral 2022 Azərbaycan Tibb Universitetinin rektoru,professor Gəray Gəraybəylinin iştirakı ilə “Gənclər günü” münasibətilə aktiv tələbələrlə görüş keçirilmişdir

• 5-6 mart 2022 ATU-da “Bədən tərbiyəsi və idman günü”-nə həsr olunmuş Şahmat turniri keçirilmişdir

8 Mart 2022 ATU THİK ailəsi olaraq ailənin dəyərli xanım üzvlərini 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə birdaha təbrik edir, onlara həyatlarının hər sahəsində daimi uğurlar arzulayırıq

• 25 mart 2022 ATU-nun Debat klubunun XXII daxili turniri keçirilib.Açılış mərasimində bir sıra universitetlərdən fəxri qonaqlar iştirak ediblər

13 Aprel 2022 Yay üçün yeni addımlar atmağın tam vaxtıdır! Dəyərli tələbələr ! Xaricdə müxtəlif təcrübə proqramları ilə tanınan *AIESEC* çoxsaylı istəkləri nəzərə alaraq *Azərbaycan Tibb Universitetininə* gəlir

•17 aprel 2022 Azərbaycan Tibb Universitetində “Studentvision”

22 Aprel 2022 ATU THİK-in nümayəndələri uşaq sığınacağında azyaşlı uşaqları müayinə ediblər

ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində yeni yaradılmış "Hilal" yardım cəmiyyəti aprelin 22-də ilk layihəsini həyata keçirib.

10 may 2022 Azərbaycan Həmkarlar İttifaqı kofedrası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalnın yekun konserti keçirilib.

07 may 2022-ci il tarixdə Nəsimi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi, ATGTI və AIOK birgə təşkilatçılığı ilə tələbələr arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu keçirib

•27 may 2022 ATU THİK-in təşkilatçılığı ilə 15 iyun Qurtuluş gününə həsr olunmuş flashmob keçirilib

28 may 2022 "Məqalə saatları" layihəsinin ikinci mövsümünün ikinci buraxılışı keçirilib

•7 iyun 2022 Məşhur poliqlot Aslan Məmmədzadə ATU THİK-in təşkil etdiyi tədbirdə iştirak etmişdir

26 İyun 2022 Tibb tələbələrinin teatr səfəri!

18 iyun 2022 tarixində Azərbaycan Dövlət Akademik Musiqili teatrında səhnələnən “Amerikalı kürəkən” tamaşasına Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqının nəzdində olan Teatr klubu universitetin tələbələri üçün Hədiyyə biletlər təşkil edib.

17 Sentyabr 2022 ATU THİK mövsümün ilk möhtəşəm tədbiri "Aktiv tələbələrlə görüş-2022"

9 Oktyabr 2022 ATU tələbələri üçün hədiyyə biletlər: ATU THİK Teatr klubu təşkilatçılığı ilə Akademik Dövlət Dram Teatrı səhnəsində nümayiş olunan “Ah, bu uzun sevda yolu” tamaşasına hədiyyə 100 bilet

15-16 oktyabr tarixində ATU Tələbə Həmkarlar İttifaqının və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin dəstəyi ilə ATU Debat Klubunun XXIII daxili turniri keçirildi.

•23 oktyabr 2022 Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Gələcəyə Doğru Gənclərin İnkişafı İctimai birliyinin təşkilatçılığı ilə 20-22 oktyabr tarixlərində“Vətən mənim bu günüm” adlı intellektual yarış keçirilmişdir.17 komandanın iştirak etdiyi və seçim,yarımfinal və final mərhələlərindən ibarət yarışda universitetimizi təmsil edən ATU THİK İOK-un Sinaps komandası 2-ci yeri qazanmışdır.

3 noyabr tarixində ATU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən milli vətənpərvərlik ruhunda çəkilmiş və 8 noyabr zəfərinə həsr olunmuş Zəfər Səsi filmi nümayiş olunmuşdur.

• 8 noyabr THİK və TƏBİB idman klubunun birgə təşkilatçılığı ilə universitetimizdə Zəfər gününə həsr olunmuş şahmat turniri keçirilmişdir

12 noyabr 2022 tarixində Akademik Musiqili Teatrında səhnələnən "999-cu gecə" tamaşasına Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tibb tələbələri üçün giriş biletləri təşkil etmişdir. Həmçinin ATU THİK heyəti və müəllim kollektivi də tələbələrlə birlikdə tamaşanı izləyib.

14 Noyabr 2022 ATU THİK tərəfindən tələbələrinin asudə vaxtının səmərəli təşkili üçün teatr tamaşasına səfər təşkil edilib.

26 noyabr tarixində ADA İntellektual Oyunlar Klubu və Sakura Klubun birlikdə təşkil etdiyi "Şərq" turnirində ATU THİK İntellektual Oyunlar Klubunun üzvlərindən ibarət "Alfa-team" komandası ikinci yeri qazanmışdır

5 dekabr 2022-ci il tarixində Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə məşhur natiqlik və ünsiyyət bacarıqları təlimçisi, ÜTÜ QRUP MMC rəhbəri Zaur Cahangirov tərəfindən universitetimizdə “Necə yaxşı danışaq?” mövzusunda seminar keçirildi.

8 dekabr tarixində ATU THİK nəzdində fəaliyyət göstərən " Hilal " yardım cəmiyyətinin növbəti kimsəsizlər evində müayinə xarakterli görüşü baş tutdu. Uşaq sığınacağında baş tutan görüş zamanı sığınacaq sakinləri pediatr və fizioterapevtlər tərəfindən müayinə olundu.

21 Dekabr 2022 Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan xarici tələbələr arasında praktiki bilik üzrə yarışma keçirilib. Tədbir ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti təşkilatçılığı ilə baş tutub.

•26 dekabr ATU THİK-in təşkilatçılığı ilə ATU tələbələrinin araşdırmaçı Orxan Şahbazla görüşü keçirilib.

8 Yanvar 2023 

Dövlətimizin, cəmiyyətimizin tərəqqisi, inkişafı üçün hərtərəfli dünya görünüşünə, yüksək intellektə malik və sağlam üşaqlar naminə...

Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə talassemiyadan əziyyət çəkən uşaqlara Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşları tərəfindən xoş gün yaşadıldı.

• 20 yanvar 2023 ATU THİK-in iştirakı ilə “20 yanvar” faciəsinə həsr olunmuş tədbir keçirilib

26 Fevral  2023 Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Tibb Universitetində də ATU Tələbə Həmkarlar İttifaqının soyqırımla bağlı tədbiri keçirilib.

7 Mart 2023 ATU THİK ailəsi olaraq ailənin dəyərli aktiv xanım üzvlərini 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik, tədbiri keçirilib

• 5 may “Diksiya Akademiyası”-nın nitq təlimçisi,7 ildir ki eşitmə məhdudiyyətli şəxslərlə bağlı layihə,tədbir və təlimlərlə məşğul olan sosial YouTuber təlimçi və müxbir aparıcı Nuranə Abıyeva tərəfindən tibb tələbələrinə “İşarət Dili”təlimi keçirilmişdir

10 may 2023  ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibində fəaliyyət göstərən ‘Flashmob’ komandası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fləşmob keçirib.

21 may 2023 "Conversation club" lahiyəsini təqdim olunub. Lahiyə müddətində peşəkar müəllimlə həftənin şənbə günü ATU tələbələri üçün "danışıq günləri" təşkil edir.

30 may 2023  "Davam" Gənclər Hərəkatı və Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, "Davam" Səhiyyə Klubunun təşəbbüsü, "Leykemiya ilə Mübarizə" İctimai Birliyinin tərəfdaşlığı ilə leykemiya xəstəliyindən vəfat edən Gülnurə Hüseynlinin xatirəsinə "Leykemiya ilə mübarizədə ümid olaq" adlı görüş baş tutmuşdur.

31 may 2023  ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə, nəzdində fəaliyyət göstərən Teatr klubunun "Göz həkimi" tamaşası keçirilib.

•01 iyun 2023  ATU Tələbə Həmkarlar İttifaqının da təşkilati dəstəyi ilə  Şəhid və qazi övladları üçün ödənişsiz tibbi aksiya keçirilir.

Sentyabr 2023 1-ci kurs tələbələrlə aktiv görüş

8 noyabr 2023-cü il Zəfər bayramına həsr olunmuş Rəsm festifalı keçirilib

Dekabr 2023 Masher həkim, yazıçı və aktyor Ercan Kesal bu həftə Tələbə həmkarlar ittifaqı komitəsinin Media Klubu olaraq Yunus Əmrə İnstitutu ilə birgə universitetimizdə oldu. Onu qonaq etməkdən şərəf duyduq. Tibb və incəsənət haqqında maraqlı söhbətdən sonra ATU tələbələrinə “Hekimlik Sanatı ” kitabını imzalayaraq hədiyyə verdi. Ercan Kesala universitetimizi ziyarət etdiyi üçün təşəkkür edirik

20 dekabr 2023-cü il tarixində ATU THİK Kitab Klubunun "Danışır ATU!" layihəsi çərçivəsində "Ağıl, yoxsa Ürək?" başlıqlı ilk görüşü keçirildi.

ATU THİK Kitab Klubu heyəti 15 noyabr 2023-cü ildə Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdi, Azərbaycan Tibb Universitetinin stendində universitetimizi təmsil elədi, bəzi nəşriyyatlarla əlaqələr quruldu.

19-23 dekabr 2023-cü il tarixində ATU THİK Kitab Klubunun dəvəti və təşkilatçılığı ilə ATU-da “Qanun” Nəşriyyatının kitab sərgisi baş tutmuşdur.

11 iyun tarixində Consensus Intellectual Center və Port of Bakunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev lli-nə həsr olunmuş "Qurtuluş kuboku keçirilmişdir. 15 komandanın iştirakı ilə baş tutan oyunda "Sinaps" komandamız 1-ci yerin sahibi oldu.

Dekabrın 25-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "GINius" intellektual yarışının ölkə finalı keçirilib. Yarışda regionlar və Bakı üzrə 1000-ə yaxın gəncdən seçim turlarında uğurlu nəticə göstərmiş qalib komandalar qatılıb. "Fibonacci Games" tərəfindən aparılan yarışda 36 komanda 7 tur boyunca müxtəlif mövzular üzrə bilik mübarizəsi aparıblar. ATU THIK İOK üzvlərindən ibarət “Sinaps” komandası ən çox xal toplayaraq 1-ci olub.Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və ADBTİA-nın rektoru Fuad Hacıyev təqdim ediblər.

30.12.2023 ATU THİK İntellektual Oyunlar Klubunun üzvlərindən ibarət komandamız Tələbələrin İntellekt Liqasının III mövsümünü çempionluqla başa vurdu. 15 universitetin iştirak etdiyi və 3 aydır ki, davam edən mövsümün böyük finalında inamlı oyun göstərən "Sinaps" komandamız mövsümü qalib kimi tamamladı və universitet tələbələri arasında ən yaxşı olmağı bacardı.

20.01.2024 tarixində Beynəlxalq Muğam Mərkəzində “İrəli” ictimai birliyinin təşkil etdiyi “Qanım Bayrağımdadır” adlı ədəbi-bədii gecədə ATU THİK Teatr klubunun üzvləri iştirak etmiş və təsirli səhnə ərsəyə gətirmişlər.

02.02.2024 Bu gün gənclərin günüdür! 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə tələbələr təbrik edilib.

02.03.2024 Tələbələrimiz “Avropa Bilik Yarışı”nın qalibi olub Martın 2-də Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi və Gənc Avropa səfirlərinin birgə təşkilatçılığı ilə keçirilən “Avropa Bilik Yarışması"nda  Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi İntellektual Oyunlar Klubunun üzvlərindən ibarət “Sinaps” komandası ən yüksək nəticə göstərərək birinci yeri qazanıb. Universitetimizi təmsil edən gənclər I Müalicə- Profilaktika fakültəsi V kurs tələbəsi Arzu Musayeva, II Müalicə-Profilaktika fakültəsi VI kurs tələbəsi Fərid Məmmədhüseynov, İctimai Səhiyyə fakültəsi IV kurs tələbəsi Cavid Əhmədov və Stomatologiya fakültəsi III kurs tələbəsi Mirleyla Ağayeva olmuşlar.

03.03.2024 Atu Thik tərəfindən 'Molla Nəsrəddinin beş arvadı' tamaşasına və Emre Karayelin 'ERKEK AKLI' adlı komediyasına hədiyyə biletlər alınmışdır.

06.03.2024 Yenidoğulmuşlarda qeyri-travmatik kəllədaxili qansızmalar müzakirəyə çıxarılıb

Yunus Əmrə İnstitutunun və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə seminar keçirilib. ATU-nun tələbələri üçün nəzərdə tutulan semiarı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov açıb. Bu gün adıçıkilən institutun Bakı təmsilçiliyinin başqanı, professor Selçuk Karakılıç və kardioloji uzman, professor Özlem Arıcan qonağımızdır.

14.03.2024 Tədris Cərrahiyyə Klinikasında  minar keçirilib. Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Professor, Həkim-oftalmoloq Paşa Qəlbinur həyat yolunu, uğur hekayəsini, fəlsəfi fikirlərini tələbələrlə bölüşüb.

18.03.2024 Azərbaycan Tibb Universitetinndə Dr. Qoşqar İsmayılovun rəhbərliyi altında xarici tələbələrin iştirak etdiyi rəsm müsabiqəsi keçirilmişdir. Müdabiqə “Novruz bayramı” mövzulu olub və iştirakçılar Natiq Bayramov tərəfindən təltif olunub.

06.04.2024 ATU THİK heyəti "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi nəzdində fəaliyyət göstərən "Gender əsaslı Zorakılıq Qurbanları üçün Reabilitasiya və Reintegrasiya Mərkəzi" sığınacağını ziyarət etmişdir. Ziyarətdə Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri- Qoşqar İsmayılov, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini- Zivər Hüseynova, ATU-nun əməkdaşları Ruzanna Bəşirova, Mədinə Allahverdiyeva və tələbələr iştirak etmişdir.

16.04.2024 ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib.  Bundan sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 2017-2024-cü illərdəki fəaliyyətinə dair komitənin sədri Qoşqar İsmayılovun hesabatı dinlənilib. Son 7 il ərzində komitə tərəfindən görülən işlər haqqında ətraflı məlumat verən Q.İsmayılov tədris korpuslarında, o cümlədən yataqxanalarda nizam- intizamın gücləndirilməsi istiqamətində atılan addımların, komitənin təşəbbüsü ilə təşkil olunan, tələbələrin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayan tədbirlərin əhəmiyyətindən danışıb. Eyni zamanda komitənin nəzdində fəaliyyət göstərən ictimai təşkilatların uğurlarını diqqətə çatdırıb.

30.04.2024 Azərbaycan Tibb Universitetinin II Müalicə Profilaktika Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı baş tutmuşdur və Tələbə Həmkarlar İttifaqı Komitəsi bu tədbirə sponsorluq etmişdir. Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov da iştirak etmişdir. Konfransın sonunda iştirakçı müəllim və tələbələr hədiyyələr və sertifikatla mükafatlandırılıb.

02.05.2024 Tələbələrimiz Birinci Beynəlxalq Opera Festivalının tamaşaçısı olmuşlar və Fidan Hacıyeva ilə kollektiv şəkil çəkdirmişlər. Opera sənətçimiz tələbələrimizin aktiv iştirakına görə təşəkkürünü bildirib.

10.05. 2024 Debat klubuna qeydiyyat başlayıb. Siz də auditoriya qarşısında çəkinmədən, səlis və özgüvənli çıxış etmək bacarığı qazanmaq və təkmilləşdirmək, komanda ilə işləmək, asudə vaxtlarınızı səmərəli keçirmək və birlikdə xoş xatirələr yaratmaq üçün qeydiyyatdan keçə bilərsiniz.

11.05.2024 ATU THİK Kitab Klubunun başlatdığı Bakı turu layihəsinin ilk günü uğurla yekunlaşmışdır.

14.05.2024 Beynəlxalq Ailə Günü münasibətilə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Gender bərabərliyi və Qadın problemləri üzrə Komissiya"sı Səbail rayon SİHİ Şurasının dəstə