Sevinc Məhərrəmova

       Məhərrəmova Sevinc Hüseynbala qızı 25 fevral 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977-1987-ci illərdə Bakı şəhərinin  Nəsimi rayonunda yerləşən 42№-li orta məktəbin rus bölməsində orta təhsil almışdır. 1987-1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində ali təhsil alıb və müvəffəqiyyətlə bitirmişdir. 1992-1993-ci ildə interna, 1994-2000-ci illərdə Respublika Perinatal Mərkəzində provizor, 2000-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin Latın dili kafedrasında müəllim, baş müəllim, dosent, 2018-ci ildən hal-hazıradək Farmakologiya kafedrasının dosentidir.

    2007-ci ildə Azərbaycan Tibb Universitetinin Dissertasiya Şurasında namizədlik dissertasiyası müdafiə edib. Elmi fəaliyyəti zamanı 62 elmi iş: məqalə və tezis, tədris proqramı, 2 metodik tövsiyyə, 2 tədris-metodik vəsait, 1 avroaziya patenti, 3 dərs vəsaitinin müəllifidir. Hal-hazırda Məhərrəmova S.H. Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasında mövzusu təsdiq edilmiş elmlər doktoru adını almaq üçün dissertasiyası üzərində çalışır. 14.04.2017–ci il tarixində ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekan müavini vəzifəsinə təyin edilmişdir.  

Ailəlidir, 2 övladı var.

e_mail: [email protected]; [email protected]