Arzu Bəydəmirova

Arzu Bəydəmirova Arif qızı, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasında dosent vəzifəsində calışır. 1984-cü ildə  N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun II müalicə profilaktika fakultəsinə daxil olmuş,1990 -cı ildə  təhsilini başa çatdırmışdır.. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Kliniki farmakologiya kafedrasında  aspirantura şöbəsinə daxil olmuşdur.1997-ci ildə Azərbaycan Tibb Universitetinin Dissertasiya Şurasında  “ Arterial hipertoniyalı xəstələrdə kaptopril  və kardofenin hemodinamikaya və lipid mübadiləsinə müqayisəli təsiri “ müvzusunda  namizədlik dissertasiyası müdafiə edib, tibb elmləri üzrə fəlsəfə doktoru adını almışdır. 1998-ci ilində Kliniki Farmakologiya kafedrasına assistent , 2019 -cu ildən  hazırkı dövrə qədər dosent vəzifəsində çalışır. Bəydəmirova A.A., həkim kardioloq kimi  Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında çalışır..

Hal - hazırda. Bəydəmirova A A , Azərbaycan Tibb Universitetinin  Böyük  Elmi  surasında mövzusu  təsdiq edilmiş Tibb Elmləri  Doktoru adını almaq üçün “Heriatrik xəstələrdə miokardda gedən morfo -funksional dəyişiklərinin  yeni diaqnostik meyarları əsasında perespektiv farmakogenetik müalicəsinin optimallaşdırılması  disertatasiya mövzusu üzərinədə çalışır. Elmi fəaliyyəti zamanı 60 - dan cox elmi məqalə  və tezisin,  müxtəlif beynəlxalq elmi konfranlarda çıxış etmişdir.O cümlədən  “Ürək qan damar xəstəliklərinin  farmakoterapiyası”  dərs vəsaitinin   və metodik vəsaitin  müəllifi  , ”Kliniki farmakologiya” dərsliyinin  isə həmmüəlifidir.Aparılan tədqiqat işlərində  ahıl və qoca  xəstələrdə rst olunan kardiloji problərin öyrənilməsi əsas istiqamət hesab edilir.

2017–ci il tarixində II Müalicə-profilaktika fakültəsinin dekan müavini vəzifəsinə təyin edilib.  

E_mail : [email protected]