Bənövşə Zakir qızı Hüseynova Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmişdir. 2015-2022-ci illərdə Terapevtik və Pediatrik Propedevdika kafedrasında , hazırda isə Tibb və sağlamlıq elmləri təhsili kafedrasında baş müəllim vəzifəsində işləyir. O, həm ölkə daxilində, həm də xaricdə təlim, seminar, kurs və konfranslarda iştirak etmişdir. Avstriyanın Salzburq şəhərində keçirilən“ Pediatrik palliative baxım” seminarında case təqdimatı ilə , İsveçrənin Basel şəhərində “AMEE 2024” beynəlxalq Tibb Təhsili konfransında “Teletibb vasitəsilə həkimlər arası və həkim-pasiyent arası ünsiyyət” mövzusunda poster təqdimatı ilə, Türkiyənin Samsun şəhərində Tibb təhsili konfransında poster təqdimatı ilə, Həştərxanda “Müasir təbabətin aktual problemləri“ Xəzəryanı dövlətlərin VIII Beynəlxalq konqressində “Klinikada pediatriya dərsinin tədrisi” mövzusunda çıxış etmişdir. Bakı şəhərində keçirilən “İnternational Conference On Medical Education” beynəlxalq elmi praktiki konfransında məruzə ilə çıxış etmişdir. Moskva Pediatriya İnstitutunda “ Uşaqlarda təxirəsalınmaz yardım” və Sankt-Peterburqda “ İnfeksion xəstəliklər zamanı təcili tibbi yardım” elmi-praktik seminarlarında iştirak etmişdir. Kafedrada 1 seminar təşkil etmişdir ki, bu seminar Youtube kanalı ilə canlı yayınlanmışdır.
Kafedrada təşkil olunan “Pedaqoji peşəkarlığın inkişafı” və “Çoxseçimli testlərin hazırlanması, dizaynı və analizi” təlimlərində aktiv iştirak edir. Tələbələrin qiymətləndirilməsində istifadə etdiyimiz OSKİ imtahanlarına hazırlıq və aparılmasında da fəal iştirak edir.
TEC xətti ilə tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik etmiş və həmin tələbələr MPF-2 TEC konfransında II yerə layiq görülmüşdürlər.