Əliyeva Şəfəq Eldar qızı 1998-2004 ci illərdə I Müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. 2004-2005-ci ildə Bakı şəhəri 1 saylı şəhər klinik xəstəxanası, oftolmologiya şöbəsində həkim interna vəzifəsində işləmişdir. 05.03.2012 -21.05.13-cü ildə Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 21.05.13 –ci ildən hal-hazıradək assistant vəzifəsində çalışır. 15.12.2015-ci ildə tibb üzrə fəlsəfə doktoru adını almaq üçün elmi iş götürmüşdür. “Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin klinik və patomorfoloji meyarlarının qiymətləndirilməsi” mövzusu üzərində işləyir.15.04.2017 Patoloji anatomiya kafedrası həmkarlar komitəsinin büro üzvüyəm. 01.12.2017-ci ildən II Müalicə-profilaktika fakültəsində akademik məsləhətçi vəzifəsində çalışır. 2012-ci ildən hal-hazıradək bir çox kurslarda, konfraslarda həm iştirakçı, həm də məruzəçi kimi iştirak etmişdir. 22-yaxın məqalə və 15 tezisin müəllifidir.