Orucova Aynurə Cəlal qızı 1997 ci ildə ATU-nin Pediatriya fakultəsinə qəbul olmuşdur. 2003 - 2004 cü illərdə Ə. Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında Həkim interna kimi çalışmışdır. 2004-2012 ci illərdə müxtəlif əczaçılıq şirkətlərində Həkim-informator, tibbi təhsil və təlim-tərbiyə üzrə menecer vəzifələrində çalışmışdır.
2012 ci ildən hal hazıradək ATU nun Yoluxucu xəstəliklər kafedrasında Həkim-baş laborant vəzifəsində çalışır. Kafedrada azərbaycan, rus və ingilis dillərində yerli və xarici qruplarda yoluxucu xəstəliklər fənninin tədrisi ilə məşğuldur. Müxtəlif elmi praktiki konfranslarda iştirak etmişdir: H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfras, Beynəlxalq Tibb Təhsili Konfransi, Menecment Zirvesi konfransı,marketinq, menecment üzrə kurslar və seminarlar, Türkiyənin Yıldız Teknik universitetinin Azərbaycan Elmi-tədqiqat Psixologiya institutunun birgə təşkil etdiyi Uşaq psixologiyası kursu və s .
Hazırda Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün elmi işin dissertasiya şurasında rəsmi müdafiəsinə hazırlaşır. 2024 cü ilin aprel ayından II Müalicə profilaktika fakültəsində akademik məsləhətçi vəzifəsində çalışır.