Aqil Əliyev

ATU-nun Normal fiziologiya kafedrasının dosenti Aqil Xosrov oğlu Əliyev 1972-1978-ci illərdə N.Nərimanov adına ATİ-nin tələbəsi olub, tələbə olduğu müddətdə institutun ictimai həyatında fəal iştirakına görə çoxsaylı mükafatlara və fəxri fərmanlara layiq görülüb, institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1976-cı ildən 1981-ci ilədək institutun komsomol təşkilatında rəhbər vəzifələrdə işləmiş, 1972-ci ildən 1981-ci ilədək hər il tələbə inşaat dəstələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1978-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə “Əməkdə fərqlənmə medalı” ilə təltif olunmuşdur.

1981-1984-cü illərdə normal fiziologiya kafedrasında aspirantura təhsili alıb, 1984-cü ildən 1996-cı ilədək kafedranın assistenti, 1996-cı ildən 2004-cü ilədək kafedranın baş müəllimi vəzifələrində işləmiş, 2004-cü ildən hazırkı dövrə qədər kafedranın dosenti vəzifəsində çalışır.

1987-1991-ci illərdə ATİ-nin hazırlıq şöbəsində dekan müavini kimi fəaliyyət göstərmişdir.

1995-ci ildə elmlər namizədi alimlik dərəcəsi almışdır.

Hazırkı dövrədək A.X.Əliyevin müəllifliyi ilə 71 elmi iş dərc edilmişdir ki, bunlardan 19 iş xarici ölkələrdə çap olunmuşdur.

2009-cu ildə “Emosiya, motivasiya və ali sinir fəaliyyəti” adlı tədris-metodik vəsait dərc etdirmişdir.

ATU-nun tələbələri üçün “Fiziologiyadan təcrübə dərslərinə rəhbərlik”, ATU-nun tələbələri üçün “Normal fiziologiya”, əczaçılıq fakültəsinin tələbələri üçün “Normal fiziologiya” adlı dərsliklərin, rezidenturaya qəbula hazırlaşanlar üçün “Нормальная физиология” adlı dərs vəsaitinin (Пособия для поступающих в резидентуру, 565 ст. Баку 2019) müəlliflərindəndir.

2017-ci ildən hazırkı dövrədək ATU-nun Nəzəri Fənlər Üzrə Problem Komissiyasının üzvü, II MPF-nin Elmi Şurasının üzvü, fakültə TEC-nin elmi rəhbəridir.

2018, 2019, 2022 və 2023-cü illərdə, hər il II MPF-nin Tələbə Elmi Cəmiyyətinin Konfrans Materiallarının Məcmuəsinin dərc olunmasında, elmi rəhbər və redaktor olaraq iştirak etmişdir.