Seyfullayeva Fidan Yusif qızı 2019-cu ildə Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 2023-cü ildən fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Tələbə Elmi Cəmiyyətinin sədri olaraq Elmi şuralarda, beynəlxalq və yerli konfranslarda iştirak edir, fakültə konfranslarının təşkil olunmasını həyata keçirir.Eləcə də tələbələrin elmi iş yazmasına və elmi fəaliyyətə cəlb olunmasına daim dəstək olur.
Universitetin sosial həyatında da aktiv iştirak edir. 2020-2022-ci illər arasında fakültə Tələbə Gənclər Təşkilatında fakültələr üzrə müavin vəzifəsini icra etmiş, 2023-cü ildə fakültənin “Brend tələbə” adına layiq görülmüş, dəfələrlə Gənclər və İdman Nazirliyi tərəfindən ictimai fəaliyyətləri üçün mükafatlandırılmışdır. Eləcə də özü aktiv olaraq elmi işlər yazmış, bu elmi işlər yerli və xarici konfranslarda dəfələrcə layiqincə universitetimizi təmsil edərək mükafatlandırılmışdır.
2023-cü ildə Almaniyada yay təcrübəsində iştirak edib, orada da müxtəlif təcrübələr qazanıb.
Orta məktəbində də universitet həyatı kimi fəal olub.Kimya fənni üzrə respublika olimpiadasında iştirak etmişdir, bundan əlavə “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı olmuşdur.
Gələcəkdə rezidentura pilləsi üzrə Almaniyada təhsil almaq istəyir və ölkəmizə layiqli bir həkim olaraq yetişmək üçün əlindən gələni etmək istəyir.