Aytac Şükürlü Azad qızı 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının Müalicə Profilaktika fakültəsinə qəbul olmuş, lakin arzularını daha geniş şəkildə reallaşdırmaq məqsədilə yenidən imtahan verərək, 2023-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsində təhsil almağa başlamışdır.
Universitetin sosial həyatında aktiv fəaliyyət göstərərək, YAP-a üzv olmuş, “Həyat” Teatr Klubuna və Tələbə Həmkarlar İttifaqı Komitəsinin Müalicə Profilaktika-2 fakültə sədrliyinə layiq görülmüşdür. Bu vəzifədə tələbələrin hüquqlarını qorumaq, akademik və sosial fəaliyyətlərini dəstəkləmək istiqamətində fəal şəkildə çalışmışdır.
Bir sıra tibbi konfrans və tədbirlərdə iştirak etmiş, elmi və peşəkar biliklərini inkişaf etdirmiş, həmçinin bir çox sertifikatlarla qiymətləndirilmişdir.
İxtisasını daha dərindən öyrənmək və peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədilə gələcəkdə xaricdə təhsil almağı planlaşdırır.