Xarici tələbələrin səsi

Xarici Tələbələrin Səsi (VOIS) - ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən tələbə təşkilatıdır. 2022-ci ilin dekabr ayında Dr. Vafa Mohamed Saeed (anestezioloq, 2024-cü il məzunu) tərəfindən təsis edilib. Klub xarici tələbələrin akademik müvəfəqiyyəti, şəxsi inkişafı və mədəniyyətlərarası mübadilə istiqamətlərində çalışır.
 
VOIS aşağıdakı sədrlər tərəfindən idarə olunur:
• Faysal Badavi (Suriya)
• Hayat Abdella (Eritreya).
 
Klub xarici tələbələrin təcrübəsini zənginləşdirmək üçün beş əsas departamentdən ibarətdir. Hər bir departament tələbələrin inkişafı üçün müxtəlif tədbirlər təşkil edən yaradıcı və fəal tələbələr tərəfindən idarə olunur.
 
VOIS Departamentləri və Üzvləri
 
1. Təhsil Departamenti ([email protected]
 
🎯 Məqsəd
Mentorluq, tədris qrupları və təhsil proqramları vasitəsilə tələbələrin akademik və peşəkar inkişafına dəstək göstərmək.
 
👤 Heyət 
• Dania Afara (Suriya)
• Gynohe Abigail Suazo Bardales (Honduras)
• Mohamed Kayali (Suriya)
 
📌 Nailiyyətlər
• Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə təşkil olunan İlk Tibbi Yardım Yarışı – Fevral 2023.
• Dayanıqlı İnkişaf Proqramı çərçivəsində Yeni tibbi metodlar və texnikalar üzrə seminar – Dekabr 2023.
• Daxili xəstəliklər üzrə Elmi tədqiqat müsabiqəsi – May 2024.
• MedLeague Tibb Viktorina Turniri – Noyabr 2024.
 
2. Bacarıqlar Departamenti ([email protected])
 
🎯 Məqsəd
Tələbələrin liderlik, ünsiyyət və peşəkar bacarıqlarını inkişaf etdirmək üçün təlimlər, seminarlar, tədbirlərin təşkil edilməsi.
 
👤 Heyət
• Layal Alyasen (Suriya)
• Mohamed Anas Abu Hameda (İordaniya)
 
📌 Nailiyyətlər
• Novruz Bayramı mövzusunda Rəsm Müsabiqəsi – Mart 2024.
• COP29 və İqlim Dəyişikliyi tədbirləri çərçivəsində İncəsənət seminarı – Noyabr 2024.
 
3. Sosial Departament ([email protected])
 
🎯 Məqsəd
Xarici tələbələr üçün dostluq və birlik mühitini inkişaf etdirmək, mədəni tədbirlər, görüşlər və şəbəkə tədbirləri təşkil etmək.
 
👤 Heyət
• Lila Helal (Misir)
 
📌 Nailiyyətlər
• Şam Hazırlama üzrə seminar – Dekabr 2024.
 
4. İdman Departamenti ([email protected])
 
🎯 Məqsəd
Sağlam həyat tərzini təşviq etmək, komanda ruhunu inkişaf etdirmək, idman yarışları və əyləncəli tədbirləri təşkil etmək.
 
👤 Heyət
• Moussa Attava (Mali)
• Shifa Irfan Mudholkar (Hindistan)
 
📌 Nailiyyətlər
• Futzal Turniri – Oktyabr 2023.
• Şahmat Turniri – Dekabr 2023.
• Badminton Turniri – Oktyabr 2024.
 
5. Media Departamenti ([email protected])
 
🎯 Məqsəd
Xarici tələbələrin təcrübələrini, uğurlarını və fəaliyyətlərini rəqəmsal məzmun, sosial media və kreativ layihələr vasitəsilə yaymaq, məlumatlılığı və məşğulluqu artırmaq. 
 
👤 Heyət
• Abdullah Haddad (Suriya)
• Afaq Mustafa (Sudan)
• Christina Baby (Hindistan)
 
Əlaqə və Sosial Şəbəkələr
 
📱 Instagram: @vois.22
 
VOIS müxtəlif təşəbbüslər vasitəsilə xarici tələbələr üçün dəstəkləyici və inklüziv mühit yaratmağa çalışır, akademik müvəfəqiyyət, şəxsi inkişaf və mədəni mübadiləni təşviq edir.