Həşimova Aysel Rafiq qızı 28 noyabr 1981-ci ildə Ağdaş rayonunda anadan olmuşdur.1999-cu ildə 1 saylı tam orta məktəbi bitirmişdir. 2004-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr pilləsini, 2015-ci ildə həmin fakültənin magistratura pilləsini başa vurmuşdur. 2004-cü ildən orta məktəbdə biologiya müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. (2004-2015) 2015-ci ildən Azərbaycan Tibb Universitetinin “Tibbi biologiya və genetika” kafedrasında baş laborant (2015-2021) , 2020-ci ildən ATU-nun Stomatologiya fakültəsində Akademik məsləhətçi vəzifəsində çalışmışdır. 2023-cü ildə biologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. 2024-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsilini davam etdirir. 40-a qədər elmi əsərin müəllifi olan A.R.Həşimova bir sıra yerli və xarici konfranslarda, beynəlxalq kurslarda və təlimlərdə iştirak etmişdir, yüksək ingilis dili biliyinə malikdir, müxtəlif beynəlxalq sertifikatlara sahibdir.
Aysel Rafiq qızı Həşimova hal-hazırda ATU-nun “Normal fiziologiya” kafedrasında baş müəllim və Stomatologiya fakültəsində dekan müavini vəzifəsində çalışır.