9 iyun 2024 tarixində Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və “Sinaps” komandasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbələrarası “II HİPPOKRAT KUBOKU” turniri başa çatdı. 24 sualdan ibarət yarışımızda müxtəlif universitet tələbələrindən ibarət 15 komanda iştirak etmişdir. Maraqlı və rəqabətli yarışın sonunda kuboka “Vendetta” komandası sahibləndi. İkinci yerin qalibi “Data Qorqud”, üçüncü yerin qalibi isə “Rust in Peace” komandaları oldu.