28 sentyabr 2024 tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan Tələbələrarası “Yaşıl Kubok” turniri uğurla başa çatıb. İntellektual Oyunlar Klubunun sədri Arzu Musayevanın təşkilatçılığı, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş turnir “Nə? Harada? Nə zaman” və “Kviz” mərhələlərindən təşkil olunub. İlk mərhələdən sonra ən yüksək nəticə əldə etmiş 8 komanda “Kviz” mərhələsində iştirak haqqı qazanıb. 10 turdan ibarət bilik yarışı zamanı tələbələr müvafiq sahə üzrə suallara cavab tapmağa çalışıblar. Maraqlı və gərgin keçən yarışın qalibi sonadək əzmkar oyun göstərən “Vendetta” komandası olub. İkinci və üçüncü yerləri isə müvafiq olar.