10 iyun 2023 tarixində Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və “Sinaps” komandasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbələrarası “Hippokrat” kuboku turniri baş tutdu. 30 sualdan ibarət turnirdə müxtəlif universitet tələbələrindən ibarət 12 komanda iştirak etmişdir. Yarışın son nəticələrinə əsasən “Qəzəlxan” komandası I yeri qazanaraq kubokun sahibi oldu. II və III yerləri isə müvafiq olaraq “Old School” və “Vendetta” komandaları bölüşdürdülər.