29 yanvar 2023 tarixində Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Nəsimi Rayon Gİİ təşkilatçılığı ilə tələbələr arasında “2 Fevral Gənclər Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Tədbirdə Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov, sədr müavini Cavid Mustafazadə, Nəsimi rayon Gİİ rəisi Şahmar Tağıyev iştirak etmişlər. Tədbir Şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməklə başlanılıb. Açılışı edən Qoşqar İsmayılov tələbələri Gənclər Günü münasibətilə təbrik edib və bütün komandlara uğurlar arzulayıb. Daha sonra yarışa start verilib və 8 komandanın iştirak etdiyi yarışda iştirakçılara 24 sual verilmişdir. Yarışın nəticələrinə görə “WWW” komandası 1-ci, “Sinaps” komandası 2-ci, “Old School” komandası 3-cü yerin sahibi oldu.