Seçmə fənn blokundan fənlərin seçim sərbəstliyinin təmin edilməsi qaydaları

Tədris planlarının sistemə daxil edilməsi
Yeni tədris ili başlamazdan müəyyən müddət əvvəl yeni semestrə aid tədris planları seçmə fənn blokunda hər bir seçim fənni üçün ayrılmış qrup sayı göstərilməklə Tələbə Məlumat Sisteminə daxil edilir. Bu, tələbələrin fənn seçimini həyata keçirmək üçün zəruridir.

Akademik qrup nümayəndələrinin qeyd olunması
Bütün ixtisaslar üzrə akademik qrup nümayəndələrin siyahısının tərtib olunması və Tələbə Məlumat Sisteminə qeyd olunması lazımdır. Burada qrup nümayəndələri seçmə fənn blokuna fənn qeydiyyatı/seçimi prosesində əlaqələndirici rolunu oynayacaq.

Blok fənnlərinin seçim prosesi
Qrup təhsilalanları seçmə fənn blokundan fənn seçimi ilə bağlı qrup nümayəndəsi ilə razılaşdırma vərəqəsini imzalamalı, imzalanmış razılaşdırma vərəqəsi qrup nümayəndəsi tərəfindən müvafiq dekanlığa təqdim olunmalıdır. Müəyyən olunmuş zaman çərçivəsində (hər növbəti tədris ili üçün cari tədris ilinin May-İyul ayları ərzində) qrup nümayəndələri Tələbə Məlumat Sisteminin my.amu.edu.az tələbə paneli vasitəsilə seçmə fənn blokundan yalnız və yalnız bir fənni (qrup təhsilalanları ilə razılaşdırılmış) seçərək fənn qeydiyyatını tamamlayırlar. Qrup nümayəndəsi seçim zamanı diqqətli olmalı və nəzərə almalıdır ki, seçdiyi fənn növbəti semestr ərzində müvafiq seçmə fənn blokundan tədris olunacaq və bu seçim dəyişdirilə bilməz.