Müəllim uyğunluq cədvəlinin təyin edilməsi
Cari semestrin əvvəlində kafedra tədris işləri üzrə məsul şəxs kafedranın professor-müəllim heyətinin cari semestrdə tədris dili nəzərə alınmaqla həftəlik uyğunluq cədvəlini təyin edir və tms.amu.edu.az inzibati paneldən Tələbə Məlumat Sisteminə qeyd edilməsini təmin edir. Bu zaman semestr ərzində tədris prosesinə cəlb olunacaq hər bir müəllimin həftəlik dərs günləri və uyğun dərs saatları dəqiq şəkildə göstərilməlidir. Belə ki, növbəti mərhələdə qrup nümayəndələri bu uyğunluq cədvəlinə və dərs cədvəlinə əsasən müəllim seçimini həyata keçirəcəkdir.
Qrup nümayəndələrinin müəllim seçimi
Qrup nümayəndələri my.amu.edu.az tələbə paneli vasitəsilə cari semestrdə tədris olunan fənlər üzrə dərs cədvəlinə uyğun gələn müəllimləri seçirlər. Seçim zamanı qrupun dərs cədvəli ilə müəllim uyğunluq cədvəlindən üst-üstə düşən müəllimlər avtomatik filtr olunaraq seçimə təqdim olunur. Hər fənn üçün yalnız bir müəllim seçilə bilər.
Müəllim seçiminin təsdiqlənməsi
Qrup nümayəndələrinin seçimləri kafedranın məsul şəxsi tərəfindən yoxlanılır. Müəllim uyğunluq cədvəlinə əsasən, seçimin dərs cədvəlinə və digər akademik tələblərə uyğunluğu doğru olduqda seçim kafedranın məsul şəxsi tərəfindən sistemdə təsdiq olunur. Əgər hansısa səbəbdən seçim düzgün deyilsə, kafedranın məsul şəxsi
tərəfindən düzəliş oluna bilər.