Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Klub haqqında

🩺 Doctors Media Klubu haqqında

Doctors Media Klubu — Azərbaycan Tibb Universitetində 15 iyun 2023-cü ildə yaradılmış tələbə media və yaradıcılıq platformasıdır. Klubun məqsədi universiteti sosial mediada peşəkar şəkildə təmsil etmək, elmi və sosial layihələr təşkil etməklə tələbələrin inkişafına dəstək olmaqdır.

🎯 Missiyamız

Tibb tələbələrinin bilik, yaradıcılıq və sosial bacarıqlarını inkişaf etdirmək, onları həm akademik, həm də ictimai fəaliyyətlərdə aktiv şəkildə təmsil etməkdir.

💬 Şüarımız

“Həkim hər sahədə ən yaxşısıdır.”

────────────────────

👥 İdarə Heyəti

* Təsisçi və Sədr
Fatma Nur Yılmaz (2023–2027)

* Sədr müavinləri
Gülər Qasımzadə
Asel Beyza Gül Yılmaz
Turhan Selçuk
Lalə Əhmədzadə

* Elmi fəaliyyətlər üzrə koordinator
Nəzirə Nuriyeva

* Tədbirlər üzrə koordinatorlar
Gülər Qasımzadə
Gülxar Xəlilzadə ,Məryəm Kərimli

* Media və ictimaiyyətlə əlaqələr üzrə koordinator
Hüseyn Zülfüqarlı

* Üzvlərlə iş üzrə koordinatorlar
Amil Nəzərov
Lalə Adilzadə

* Beynəlxalq əlaqələr üzrə koordinator
Noora Naseem

🎬 Məzmun Komitəsi -30 nefer

Klüp üzv sayı: 366

────────────────────

 

❤️ Biz Kimik

Doctors Media tələbələrin akademik, sosial və yaradıcılıq inkişafını dəstəkləyən platformadır. Klub seminarlar, workshoplar, sosial media layihələri və tələbə tədbirləri vasitəsilə universitet həyatında aktiv iştirak edir.

📌 Əsas fəaliyyətlərimiz

* Tibbi maarifləndirici video və media kontentlərinin hazırlanması
* Elmi-praktiki konfrans, konqres və workshopların təşkili
* CPR, EKQ və rentgen oxuma üzrə təlimlər
* TEC konfranslarında iştirak və media dəstəyi
* “Xalq dilində xəstəliyi bil” layihəsi
* İqlim Dəyişikliyi Zirvəsində sağlamlıq panelinin təşkili
* Dental Sculpture workshop
* Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş elmi konfrans
* “Həyatın Ritmi: Elektrikin İki Üzü” defibrilyator workshopu
* Xüsusi günlər və bayramlarla bağlı sosial layihələrin təşkili
* Tələbələr üçün əyləncəli tədbir və partilərin təşkili
* Universitetdaxili sosial və mədəni fəaliyyətlərdə aktiv iştirak

📅 2025–2026 Tədbirlər Planı

* Tibbi maarifləndirici video layihələri
* EKQ və rentgen oxuma təlimləri
* Elmi-praktik seminar və konqreslər
* Tələbələr üçün mədəni və sosial tədbirlər
* Milli və beynəlxalq layihələr

📧 Əlaqə : E-mail: [email protected]
Instagram: @atibbu.thik |