�� 1. Sosial media və tibbi məzmunlar
Məqsəd: Tələbələrin tibbi biliklərini artırmaq, maarifləndirici məzmunlar vasitəsilə fakültənin sosial mediada aktivliyini yüksəltmək və tibbi məlumatların daha geniş auditoriyaya çatdırılmasını təmin etmək.
Planlaşdırılan məzmunlar:
- Əsas və cərrahi fənlər üzrə məlumatlandırıcı videolar
- Tələbələrlə müsahibə və sual-cavab formatında videolar
- Rentgen oxuma üzrə tədris videoları
- EKQ oxuma ilə bağlı izahlı paylaşımlar
- Fiziologiya laboratoriyası təcrübələri ilə bağlı suallar və cavablar
- Anatomiya fənnindəki sümüklərə dair qısa videolar
- Müxtəlif xəstəliklərlə bağlı maarifləndirici videolar
�� Hədəf: Ən azı 10 video çəkilməsi və paylaşılması
�� 2. Elmi və praktik tədbirlər
Məqsəd: Tələbələrin elmi biliklərini artırmaq, praktiki təcrübə imkanlarını genişləndirmək və peşəkar inkişaflarını dəstəkləmək.
Planlaşdırılır:
- 3 elmi və praktik konqresin təşkili və ya iştirak
�� 3. Aktiv tələbələr üçün mədəni tədbirlər
- Aktiv tələbələr üçün opera biletlərinin təşkili
- Aktiv tələbələr üçün teatr biletlərinin təşkili
�� 4. Bayram və xüsusi günlərlə bağlı tədbirlər
- 14 mart – Tibb işçiləri günü münasibətilə əyləncəli tədbir / party
- Milli və xüsusi günlər münasibətilə “Thik komandası” tərəfindən həm yerli, həm də xarici vətəndaşlarla video çəkilişlərin təşkili