
Şəxsi İnkişaf və Psixoloji Təlimlər Klubu, 16 may 2024-cü il tarixində Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində, Hərbi Tibb fakültəsinin tələbəsi Nəriman İskəndərov tərəfindən təsis edilmişdir.
“Şəxsi İnkişaf və Psixoloji Təlimlər Klubu” — gənclərin özünüinkişafını, psixoloji savadlılığını və sosial bacarıqlarını gücləndirməyi hədəfləyən bir birlikdir.Klubun yaranmasında əsas məqsəd, gənclərin şəxsi və sosial inkişafına dəstək olmaq, onların psixoloji bilik və bacarıqlarını artırmaq, liderlik və özünü ifadə kimi həyati önəm daşıyan sahələrdə maarifləndirmə aparmaq olmuşdur.Adından da göründüyü kimi, klub təkcə psixoloji təlimlərlə deyil, həm də gənclərin sosial həyatda fəallığını artırmaq, özünüinkişaf istiqamətində addımlar atmaq, düşünən və dəyər yaradan fərdlərə çevrilmələrini təmin etmək üçün geniş fəaliyyət sahələrini əhatə edir.
Üzv olma şərtləri:
Klubumuz Azərbaycan Tibb Universiteti, Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərir.
Əlaqə məlumatları:
E-mail: [email protected]
Instagram: atibbu_sipt_klubu
