Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Üzvləri

Sədr: Leyla Kərimli- Klubun ümumi fəaliyyətinə rəhbərlik edir, strateji qərarlar verir, tədbirlərin icrasına nəzarət edir və klubu rəsmi şəkildə təmsil edir. 

Daxili işlər üzrə müavin: Rəşid Qasımlı- Klub daxilində fəaliyyətlərin koordinasiyasını təmin edir, iclasların təşkili və daxili nizam-intizamla bağlı işlərə nəzarət edir. 

Xarici işlər üzrə müavin: Maksim Ağayev- Klubun digər təşkilatlarla, klublarla və qurumlarla əməkdaşlığını qurur, xarici əlaqələri və ortaq layihələri idarə edir. 

İnsan resursları üzrə rəhbər: Sübhan Səfərov- Yeni üzvlərin seçimi, adaptasiyası və motivasiyası ilə məşğul olur; komanda ruhunun qorunması və üzvlərin inkişafını təmin edir. 

Ümumi layihə rəhbəri: Leyla Cəfərli- Klubun əsas layihələrinin hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsinə rəhbərlik edir. 

Podcast üzrə layihə rəhbəri: Aidan Askerova- Klubun podkast fəaliyyətlərini planlaşdırır, mövzuları və qonaqları müəyyənləşdirir, səs və yayım keyfiyyətinə nəzarət edir. 

Sosial və innovasiya tipli işlər üzrə layihə rəhbəri: İsmayıl Kantayev- Sosial təsirli və innovativ məzmunlu layihələrin hazırlanması və həyata keçirilməsini təşkil edir. 

Dizayner: Zeynəb Babayeva- Klubun vizual tərzini formalaşdırır, afişa, poster və sosial media vizualları hazırlayır. 

Sosial Media Meneceri: Nərgiz Quluzadə- Klubun sosial media hesablarını idarə edir, paylaşımları planlaşdırır, izləyici əlaqələrini və məlumat axınını təmin edir.