Elmi istiqamət mövzusu:
Süni İntelekt və Sağlamlıq Texnologiyalarının Təcili Tibb Sahəsində Tətbiqi
Aktuallığı:
Süni intellektin və müasir texnologiyaların səhiyyədə, xüsusilə təcili tibbdə tətbiqi son illərdə sürətlə artmış, klinik qərarvermə, diaqnostika və xəstə idarəetməsində yeni imkanlar yaratmışdır. Bu sahədə aparılan tədqiqatlar təcili tibbdə innovativ yanaşmaların inkişafı üçün aktualdır.
Məqsədi:
Təcili tibbdə süni intellekt və texnologiyanın tətbiq sahələrini araşdırmaq, onların klinik praktikaya gətirə biləcəyi faydaları, o cümlədən maliyyə yararlılığını və inkişaf perspektivlərini təqdim etmək.
Elmi yenilik dərəcəsi:
Konfransda təqdim olunan məruzə süni intellektin təcili tibbdə konkret tətbiqlərini əhatə edərək, sahədə yeni yanaşmaların və elmi nəticələrin formalaşmasına töhfə vermişdir.
Səmərəliliyi:
Məruzə təcili tibbdə elmi biliklərin praktik tətbiqi üçün baza yaratmaqla yanaşı, kafedra əməkdaşlarının beynəlxalq elmi əməkdaşlıqlara cəlb olunmasını və müasir texnologiyaların öyrənilməsini stimullaşdırır.
2. Zəhərlənmələr:
Mövzunun adı: Azərbaycanda toksikoloqiyanın statistik dəyərləndirilməsi.
Müəllif: Dos. Şərəf Hüseynova
Mövzunun Aktualığı: Azərbaycanda sirkə turşusundan zəhərlənmənin yayılması, ilk yerlərdən birini tutur. Bu nəticəyə 1 saylı Mərkəzi Şəhər Xəstəxanasının Toksikologiya şöbəsində statistik məlumatların öyrənilməsi zamanı gəlmişik. Azərbaycanda sirkə turşusu ilə zəhərlənmiş bütün xəstələrin əksəriyyəti məhz bu mərkəzə daxil olur. XBT-10 təsnifatına uyğun olaraq, sirkə turşusu ilə zəhərlənmələr "yeyici maddələrin toksik təsiri" qrupuna, kod T54, T54.2 alt qrupuna daxildir - "Aşındırıcı turşuların və turşuya bənzər maddələrin toksik təsiri". "Aşındırıcı maddələr" termini XBT 10-un rusca tərcüməsində mövcuddur, çünki ingilis dilində bu maddələr "korroziv" sözü ilə təyin olunur. Klinik toksikologiya terminologiyasında "yandırıcı agent(lər)" (YA) termini istifadə edilmişdir və bu təsirin klinik təzahürü "kimyəvi yanıq" kimi şərh edilmişdir.
Məqsədi: Toksikologiyada maraqlı və eyni zamanda araşdırılmamış aspektlərdən biri hələ də ağır tibbi, sosial və iqtisadi nəticələri (bahalı müalicə, uzunmüddətli əlillik, əlillik, yüksək ölüm) ilə xarakterizə olunan YEM ilə zəhərlənmə olaraq qalır. Bəzi aspektlər, fikrimizcə, müasir dünyada çox aktualdır və kifayət qədər öyrənilməmişdir. Tədqiqatımızın əsas məqsədlərindən biri sirkə turşusu ilə zəhərlənmənin şiddətini və vəziyyətin ürək-damar sistemindən (ÜDS) erkən təzahürlərini öyrənmək və təcili yardım şöbəsində o dövrdə mövcud olan instrumental və laboratoriya məlumatlarında bu dəyişiklikləri müəyyən etmək olacaq.
Tətbiq sahəsi: 1 saylı Mərkəzi Şəhər Xəstəxanasının Toksikologiya şöbəsi
Səmərəlilik: Sirkə turşusu ilə zəhərlənmənin şiddətini və vəziyyətin ürək-damar sistemindən (ÜDS) erkən təzahürlərini öyrənmək və təcili yardım şöbəsində o dövrdə mövcud olan instrumental və laboratoriya məlumatlarında bu dəyişiklikləri müəyyən etmək olacaq.