Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı: Üz-çənə anomaliyalarının klinikası, diaqnostikası, müalicəsi və profilaktikası

Mövzunun aktuallığı:

Diş-çənə anomaliyalarının (DÇA) yüksək yayılma tezliyi və onların estetik, funksional və psixososial nəticələri ortodontiyanın əsas tibbi-sosial problemlərindən birinə çevrilmişdir. ÜST məlumatına görə, uşaqların və yeniyetmələrin 70–90 %-də müxtəlif formalı DÇA müşahidə olunur.

Müasir ortodontiya yalnız dişlərin düzülməsi ilə məhdudlaşmır, həm də çənə-üz sisteminin morfoloji və funksional balansının bərpasını hədəfləyir. Rəqəmsal texnologiyalar, 3D-modelləşdirmə və biomexaniki analiz metodlarının tətbiqi diaqnostikanın dəqiqliyini və müalicənin fərdiləşdirilməsini artırır. Bu istiqamət müasir stomatologiyanın prioritetlərinə — funksional stabilliyin, estetik nəticələrin və uzunmüddətli müalicə uğurunun təmin edilməsinə uyğundur.

Məqsədi:

Ortodoniya kafedrasında aparılan elmi tədqiqat DÇA-nın erkən diaqnostikasına, profilaktikasına və müasir müalicə üsullarının tətbiqinə yönəlmişdir.

Elmi yenilik dərəcəsi:

1.Tədqiqat üz-çənə sisteminin anomaliyalarının kompleks diaqnostikası, profilaktikası və müalicəsində müasir texnologiyaların inteqrasiyasına əsaslanır.

2.İlk dəfə olaraq klinik, sefalometrik və rəqəmsal metodların sintezində üz-çənə anomaliyalarının erkən aşkarlanması, risk qruplarının müəyyən edilməsi və fərdiləşdirilmiş müalicə strategiyalarının elmi əsasları işlənib hazırlanır.

3.Rəqəmsal modelləşdirmə, 3D sefalometriya, fotoanaliz və funksional qiymətləndirmə vasitəsilə müasir diaqnostik yanaşmaların effektivliyi qiymətləndirilir və profilaktik yönümlü klinik alqoritm təklif olunur.

Elmi-praktik əhəmiyyəti:

Üz-çənə anomaliyalarının erkən diaqnostikası və profilaktikasının elmi əsaslarını genişləndirəcək;

Müasir metodlara əsaslanan fərdiləşdirilmiş ortodontik müalicə konsepsiyasının işlənib hazırlanmasına imkan verəcək;

Klinik praktikada rəqəmsal sefalometriya, 3D modelləşdirmə və biomexaniki analizlərin tətbiqinə dair tövsiyələr təqdim ediləcək

Tətbiq sahəsi:

Ortodontiya kafedrası, stomatoloji və ortodontik müalicə-profilaktika müəssisələri, stomatoloji poliklinikalar, ixtisaslaşmış ortodontik mərkəzlər və universitet klinikaları.