
Psixoloq Pərvin Müslümzadə ilə görüş- Qonağımız Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının əməkdaşı: Uşaq-yeniyetmə psixoloqu Pərvin Müslümzadə tərəfindən "Nəfəs al, düşün, hərəkət et- stressin idarəetmə sirləri" mövzusunda keçirilən seminar zamanı iştirakçılara stressin effektiv idarə olunması, emosional sabitliyin qorunması və psixoloji dayanıqlığın gücləndirilməsi istiqamətində elmi əsaslara söykənən məlumatlar və praktik tövsiyələr təqdim edildi.
