Qasımov Cahangir Lətif oğlu 1969-cü il noyabrın 19-da Ermənistan SSR-in Masis rayonunun Nizami kəndində anadan olub. 1987-ci ildə 5 nömrəli kimya-biologiya təmayüllü orta məktəbi bitirib. Həmin il hərbi xidmətə yollanıb. 
1990-cı ildə ATİ-nin müalicə işi fakültəsinə daxil olub, 1996-cı ildə həmin fakültəni bitirib. Qulaq-burun xəstəlikləri kafedrasında klinik ordinatura təhsilini davam etdirmiş, 2001-ci ildə bitirmişdir. Tibb elmləri namizədidir. 
1994-cü ildən 2010-cu ilədək ATU-nun Gənclər Tələbə Təşkilatının sədri vəzifəsində işləmişdir. 2010-cu ilin noyabrından hazıradək ATU-nun Həmkarlar İttifaqı komitəsinin sədri vəzifəsində çalışır.
2010-cu ildə Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilib. Həmin il ATU-nun 80 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.