Qasımov Cahangir Lətif oğlu 1969-cu il noyabr ayının 19-da Ermənistan SSR-in Massis rayonu Nizami kəndində anadan olub. 1987-ci ildə Bakı şəhər 5 №-li kimya-biologiya təmayüllü internat məktəbini bitirib. Həmin il hərbi xidmətə yollanıb.
1990-cı ildə ATİ-nin müalicə-profilaktika fakültəsinə daxil olub, 1996-cı ildə həmin fakültəni bitirib.
1996-98-ci illərdə ATU-nun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında klinik-ordinatur kimi fəaliyyət göstərib. Təhsilini davam etdirmək məqsədi ilə 1998-ci ildə həmin kafedrada aspiranturaya daxil olmuş, 2001-ci ildə aspiranturanı bitirərək tibb elmləri namizədi adını alıb. 2001-ci ildə Qulaq, burun, boğaz xəstəlikləri kafedrasına assistent, 2009-cu ildə isə dosent vəzifəsinə seçilmişdir. 65 elmi işin, bir metodik tövsiyyənin, bir dərs vəsaitinin və bir Avrasiya potentinin həm müəlliflərindən biridir. 1994-cü ildən 2010-cu ilədək ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr vəzifəsində işləyib. 2010-cu ilin noyabr ayının 25-dən bu günə kimi ATU-nun Əməkdaşların Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır.
2010-cu il ATU-nun 80 illik yubleyi ilə əlaqədar ölkə prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.
Ailəlidir, iki övladı var.