Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura / Doktorantura

Rezidentura

“Radiologiya” kafedrasında “Şüa diaqnostikası”  və ” Şüa terapiyası”  ixtisasları üzrə rezidentura proqramı mövcuddur.

          "Şüa diaqnostikası" ixtisası üzrə rezidenturada fənninin öyrənilməsi zamanı  sərbəst analitik və elmi-tədqiqat işləri vərdişlərinin  formalaşması üçün rezidentlər  diaqnostik görüntünün sərbəst şəkildə təhlilini edirlər, şüa diaqnostikasının müxtəlif üsullarının  diaqnostik effektivliyi ilə tanış olurlar, şüa müayinəsi üsullarının həcm və ardıcıllığını müəyyən edirlər, bu da tətqiq edilən hər bir şüa müayinəsi üsulunun imkanları, üstünlükləri və çatışmazlıqlarını anlamağa əsaslanır və modulun  məsələlərini öyrənməkdə öz əksini tapır. Rezidentlərə xəstənin şüa müayinəsi üsullarının (rentgenoloji, ultrasəs, maqnit rezonans, radionuklid, intervent radiologiya), onların imkanlarının, üstünlüklərinin və çatışmazlıqlarının, şüa diaqnostika üsullarının aparılması üçün göstəriş və əks-göstərişlərin müəyyən edilməsinin  öyrədilməsi aparılır.

          "Şüa terapiyası" ixtisası üzrə rezidenturada rezidentlərə  şüa terapiyası  modulunun mənimsənilməsinin məqsədi  şüa terapiyasının sərbəst elmi və praktiki fənn olduğu haqda tam anlayış verilir. Hazırda  bütün  aparıcı onkoloji  klinikalar  müasir şüa müalicəsi avadanlıqları ilə tam  təmin olunmuşdur, bu isə rezidentlərdən şüa müalicə üsulları üzrə daha geniş və dərin biliklərə malik olmağı və onların hər birinin imkanlarını müəyyənləşdirməyi bacarmağı tələb edir. Şüa mənbələri ilə təhlükəsizlik işinin təşkili, müdafiə tədbirləri, şüa terapiyasında istifadə olunan açıq və qapalı şüa mənbələri, şüalanmanın və şüa  çirklənməsinin qarşısının alınması, stasionar, dinamiki və fərdi qorunma üsulları, radioloji şöbənin dozimetrik nəzarətinin təşkili, onkoloji xəstəliklərin kliniki, rentgenoloji, endoskopik, patohistoloji və digər müalicə nəvlərinin nəticələrinin kompleks təhlilini, interpretasiyasını bacarmaq, onkoloji xəstələrdə iş zamanı deontoloji metodların istifadəsini bacarmaq, bəd xassəli proseseslərin şüa terapiyasının ümumi prinsiplərini bilmək, texniki vasitələrin təhlükəsiz istifadəsini bacarmaq, şüa terapiyasından sonra reabilitasiya metodlarını bilmək, radioaktiv mənbələrin miqdarına görə aktivliyinin təyini, tibbi personalların və xəstənin aldığı şüalanma dozasının hesablanması rezidentlərə öyrədilir.       

 

Doktorantura 

“Radiologiya” kafedrasında 3225.01 – Şüa diaqnostikası və terapiyası ixtisası üzrə doktorantura təhsili aparılır. Hal hazırda kafedrada 18 doktorant və dissertant elmi araşdırmalar aparır.