Mövzunun adı: Uroloji xəstəliklərin cərrahi müalicəsində endoskopik və laparoskopik üsulların tətbiqi, uroandroloji patologiyaların diaqnostika və müalicəsinə müasir yanaşma
Mövzunun aktuallığı: Sidik daşı və prostat vəzi hiperplaziyası kimi xəstəliklərin cərrahi müalicəsində müasir endouroloji, böyrək və böyrəüstü vəzini həcmli patologiyalarında laparoskopik üsulların tətbiqi , uretra darlıqlarının müalicəsi, androloji patologiyalara müasir yanaşma, həmçinin senessent hüceyrələrin böyrək transplantasiyası zamanı transplantatın funksiyasına təsirinin öyrənilməsi, Rolipramınin böyrəyin işemik reperfuzion zədələnməsində effektivliyinin öyrənilməsi
Məqsədi: Uroloji və androloji parologiyaların diaqnostikası və müalicəsinin müasir tələblər səviyyəsinə çatdırılması
Elmi yenilik dərəcəsi:
1 Endouroloji və laparosopik uroloji əməliyyatların uroloji təcrübədə tətbiqini genişləndirmək , yeni texnologiyalın tətbiqi ilə uroloji xəstəliklərin müalicəsinin nəticələrini araşdırılması və üstünlüklərinin qiymətləndirilməsi
2. Posttravmatik uretra darlığı olan kişilərdə cərrahi əməliyyatın effektinin artırılması üçün müxtəlif diaqnostik radioloji müayinə üsulları ilə travmanın uretranın hansı uzunluqdakı seqmentini zədələdiyini dəqiq müəyyən etmək və beləliklə də daha səmərəli əməliyyat növünün seçilməsinə nail olmaq mümkün olacaqdır.
3. İlk dəfə böyrək transplantasiyası zamanı senessent hüceyrələrin patofizioloji rolunun müxtəlif işemiya ( soyuq və isti ) müddətlərində öyrənilməsi .Böyrək transplantasiyası zamanı senessent hüceyrə markerlərinin təyini .Böyrək transplantasiyası zamanı postişemik böyrək funskiyasının öyrənilməsində yeni , daha həssas,proqnostik əhəmiyyət daşıyan biomarkerin müəyyən edilməsi.
4. İlk dəfə olaraq Rolipraminin eksperimental model üzərində böyrəyin anti-işemik müdafiəsindəki rolunun öyrənilməsi, böyrək qoruyucu əməliyyatlar zamanı Rolipraminin tətbiq etmək perspektivliyinin müəyyənləşdirilməsi
Tətbiq sahəsi: Uroloji xəstəliklərin müalicəsi
Səmərəlilik: Uroloji və androloji patologiyaların diaqnostika və müalicəsində səmərəli üsulların tətbiqi