Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
İnkişaf strategiyası

Kafedranın  işinin əsas  istiqamətlərinə aiddir:

-Kafedrada tədris-metodiki işin yüksək elmi səviyyədə təşkili və aparılması

-Kafedranın profili və elmi proqramlar üzrə  elmi tədqiqatların həyata keçirilməsi

-Elmi-pedaqoji və elmi kadrların hazırlanması

-Bakalavr pilləsində təhsil alan tələbələrin  hazırlığı

-Rezidentura pilləsində təhsil alan həkim-rezidentlərin hazırlığı

-Doktorantura pilləsində təhsil alan doktorantlatrın hazırlığı

 

Tədris-metodiki işlər üzrə istqamətlər:

Müasir səviyyədə bilik, bacarıq və səriştələrə malik məzunların hazırlanmasını təmin etmək , götürərək tədrisin müasir standartlara uyğun təşkil edilməsi, tələbələrin nəzəri bilik və praktik vərdişlərinin daha da artırılması;

 Dünyanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsinə əsaslanaraq standartlara uyğun təhsil proqramlarının və səriştələrə nəzarət sistemlərinin hazırlanması;

Yeni elektron tədris materiallarının hazırlanması və hazır materialların elmi yeniliklərə uyğun olaraq yenilənməsi;

Dünyanın qabaqcıl ali təhsil müəssisələrinin istifadə etdikləri tədris və tədris-metodiki ədəbiyyata uyğun olaraq həm bakalavr, həm rezidentura pilləsində tədris olunan fənlərə uyğun azərbaycan və ingilis dilində ədəbiyyatların (dərslik, dərs vəsaiti, metodik vəsait) hazırlanması və nəşri;

 

Tədris-metodiki işlər üzrə istiqamətlər:

-Kafedranın professor-müəllim heyətinin təlim bacarıqlarının müasir təlim texnologiyalarına müvafiq olaraq təkmilləşdirilməsi;

. Kafedranın professor-müəllim heyətinin müasir tələblərə uyğun dil (xüsusilə ingilis dili) bacarıqlarının artırılması;

-Tələbələrin praktik vərdişləri daha yaxşı mənimsəməsi üçün qabaqcıl ali təhsil müəssisələrinin istifadə etdiyi müasir təlim üsullarının araşdırılması və istifadəsi;

-Tədris prosesində kompüter texnologiyalarından istifadənin təkmilləşdirilməsi;

-Kafedrada tədrisə uyğun ədəbiyyatla təhciz olunmuş kitabxananın yaradılması

 

Tədris-metodiki işlər üzrə istiqamətlər:

-Tələbələrin biliklərinin qiymətləndirilməsi üçün istifadə edilən sorğu materiallarının təkmilləşdirilməsi;

-Kafedrada tədris prosesində problem əsaslı öyrədilmə üsullarının istifadə edilməsi;

-Rezidentlərin hazırlığı istiqamətində elmi araşdırmaların onların profilinə uyğun istiqamətdə seçilməsi

-Kafedrada tələbələrin milli ruhda formalaşması, vətənpərvər olması istiqamətində işlərin həyata keçirilməsi;

 

Kafedranın elmi-tədqiqat işi sahəsində istiqamətləri:

1.Yeni prioritet istiqamətlər üzrə elmi tədqiqatların planlaşdırılması və həyata keçirilməsi;

2. Beynəlxalq qrant layihələrinə qoşulmaq üçün Avropa və Asiyanın qabaqcıl tibb və digər müvafiq ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması;

3. Kafedra əməkdaşlarının elmi işlərinin Beynəlxalq indeksləşdirilmiş elmi mətbuatda nəşri; Beynəlxalq və Milli elmi tədbirlərdə sözlü və poster iştirakının artırılması; müxtəlif ixtisasartırma kurslarında iştirakının təmin edilməsi

 

Maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətləri:

Kafedranın səlahiyyətində olan dərs otaqlarının və mühazirə zalının yüksək keyfiyyətli işlək vəziyyətdə saxlanılması;

Tədris prosesində və elmi tədqiqatlarda istifadə olunan mənəvi və fiziki cəhətdən köhnəlmiş cihaz və qurğuların dəyişdirilməsi üçün yeni alət və qurğuların alınması;

Tədris prosesinin dəstəklənməsi və elmi tədqiqatların aparılması üçün lisenziyalı yeni proqram məhsullarının yenilənməsi;

Kafedrada kompüter texnologiyalarının təkmilləşdirilməsi və artırılması;

Tələbələrin tədrisi üçün optimal gigiyenik şəraitin və tədrisə uyğun ədəbiyyatla təhciz olunmuş kitabxananın yaradılması