“Dermatovenerologiya” ixtisası Azərbaycan Tibb Universitetində tibbi biliklərin fundamental əsaslarını öyrədən, dəri və cinsi yolla keçən xəstəliklərin (CYYX) diaqnostikası, müalicəsi və profilaktikasında yüksək ixtisaslı mütəxəssislər yetişdirən klinik tədris proqramıdır. Proqramın əsas məqsədi tələbələrə dermatologiyanın nəzəri prinsiplərini, klinik düşüncə vərdişlərini, həmçinin müasir diaqnostika və müalicə metodlarını mənimsətməkdir.
Proqram çərçivəsində tələbələr dəri və selikli qişaların quruluşu, funksiyası və patoloji proseslərini, ən çox rast gəlinən dermatoloji və veneroloji xəstəliklərin etiologiya və patogenezini, onların erkən aşkarlanması, profilaktik tədbirlərin təşkili və kompleks müalicə yanaşmalarını öyrənirlər. Kliniki məşğələlər zamanı tələbələr real pasiyentlərlə işləyir, müayinə metodlarını — baxış, palpasiya, diaskopiya, dermatoskopiya, qrataj (cızma) kimi praktik bacarıqları tətbiq edirlər.
Bakalavr hazırlığı həmçinin tələbələrdə elmi düşüncə tərzinin formalaşdırılmasına xidmət edir. Tələbələr dermatoloji xəstəliklərin epidemiologiyasını, risk faktorlarını, icma səviyyəsində profilaktikanın əsaslarını və sağlamlıq savadlılığının artırılması yollarını öyrənirlər. Proqram eyni zamanda CYYX-lərin yayılmasının qarşısının alınması, erkən diaqnostika və maarifləndirmə üzrə müasir yanaşmaları əhatə edir.
Təhsil pilləsi: Bakalavriat
İxtisas: Müalicə–profilaktika fakültəsi
Fənnin kodu: 3222.01
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
Müalicə–profilaktika fakültəsi |
III |
dermatovenerologiya |
16 |
44 |
Fənnin məqsədi: “Dermatovenerologiya” fənninin məqsədi tələbələrə dəri və zöhrəvi xəstəliklərin etiologiyası, patogenezi, klinik təzahürləri, diaqnostikası, profilaktikası və müalicəsi haqqında fundamental biliklər verməkdir.
Fənn tələbələrə yayılmış və xüsusi yanaşma tələb edən dermatozların erkən tanınması, infeksion və qeyri-infeksion dəri xəstəliklərinin düzgün differensial diaqnostikası, təhlükəli ağırlaşmaların qarşısının alınması və əhali arasında profilaktik tədbirlərin tətbiqi barədə praktik vərdişlər qazandırır.
Tələbələr dərinin quruluşunun əsaslarını, immunoloji və mikrobioloji proseslərin xəstəliklərin inkişafına təsirini, allergik dermatozları, autoimmun xəstəlikləri, infeksion və parazitar dəri patologiyalarını, həmçinin zöhrəvi xəstəliklərin müasir yanaşmalar əsasında diaqnostika və müalicəsini öyrənirlər.
Fənnin təlim nəticəsi
Fənni mənimsəmiş tələbə:
Fənnin məzmunu:
Fənnin məzmunu dərinin struktur-funksional xüsusiyyətlərini, dermatoloji xəstəliklərin patogenez əsaslarını, infeksion, allergik, autoimmun və neoplastik dermatozların klinikasını, diaqnostika və müalicə yanaşmalarını əhatə edir.
Bundan əlavə, tələbələrə zöhrəvi xəstəliklərin yayılma mexanizmləri, risk faktorları, profilaktika tədbirləri, erkən skrininq və laborator təsdiq üsulları öyrədilir.
Fənnin nəzəri hissəsi mühazirələrdən, praktiki hissəsi isə klinik müşahidə, real pasiyentlərlə iş, mikroskopiya, laborator nəticələrin interpretasiyası və situasiya tapşırıqlarından ibarətdir.
ATU-nun MÜALİCƏ-PROFİLAKTİKA fakültəsinin III kurs tələbələri üçün
DERMATOVENEROLOGİYA fənni üzrə mühazirə mövzularının
Təqvim planı
2025/2026-ci tədris ili Payız semestri
|
Həftə |
Mövzu |
Saat |
|
1 |
Ümumi dermatologiyaya giriş. Dərinin və selikli qişaların anatomiya, histologiya, fiziologiyası. Birincili və ikincili morfoloji elementlər, onların patomorfoloji təzahürləri. Genodermatozlar (bullyoz epidermoliz, ixtioz, keratodermiyalar, neyrofibromatoz, tuberoz skleroz, piqment kseroderması). Epidemiologiya. Etiopatogenez. Klinik təzahürlər. Diaqnostika. |
2 |
|
2 |
Bakterial dermatozlar (piodermiyalar, dəri vərəmi, cüzam). Dəri leyşmaniozu. Parazitar dermatozlar (qoturluq, pedikulyoz). Epidemiologiya, etiologiya, patogenez. Təsnifat. Klinik və patomorfoloji təzahürlər. Laborator və differensial diaqnostika. Müalicə və profilaktikası. |
2 |
|
3 |
Dermatomikozlar (dermatofitiyalar; dəri və selikli qişaların səthi maya göbələyi infeksiyaları; maduromikoz). Virus dermatozları (sadə və kəmərləyici herpes, ziyillər, kontagioz mollyusk). Epidemiologiya, etiologiya, patogenez. Təsnifat.Klinik təzahürlər. Laborator və differensial diaqnostika.Müalicə və profilaktikası. |
2 |
|
4 |
Sadə (irritant) və allergik dermatitlər. Toksidermiyalar. Peşə dermatozları. Çoxformalı ekssudativ eritema. Xeylitlər. Ekzema. Atopik dermatit/Neyrodermit. Övrə. Qaşınma (pruriqo). Dəri qaşınması. Epidemiologiya, etiopatogenez. Klinik və patomorfoloji təzahülər. Differensial diaqnostika. Müalicə və profilaktikası. |
2 |
|
5 |
5. Psoriaz, qırmızı yastı dəmrov, çəhrayı dəmrov. Birləşdirici toxumaların zədələnməsi ilə gedən dermatozlar (qırmızı qurd eşənəyi, sklerodermiya, dermatomiozit). Dəri artımlarının xəstəlikləri (seboreya dermatiti, vulqar və çəhrayı sızanaqlar, alopesiya). Epidemiologiya, etiopatogenez. Klinik və patomorfoloji təzahürlər. Differensial diaqnostika. Müalicə və profilaktika. |
2 |
|
6 |
Qovuqlu dermatozlar (pemfiqus, herpesşəkilli Dürinq dermatiti, pemfiqoid). Dəri limfomaları. Kapoşi sarkoması. Xoşxassəli və bədxassəli dəri şişləri, xərçəngönü xəstəliklər. Epidemiologiy. Etiopatogenez. Klinik və patomorfoloji təzahürlər. Differensial diaqnostika. Müalicə və profilaktika. |
2 |
|
7 |
CYYİ. Sifilis. Təyin edilməsi. Epidemiologiya. Etiologiya. Patogenez. Təsnifat. Qazanılmış və anadangəlmə sifilisin gedişi və klinik təzahürləri. Sifilisin laborator diaqnostikası. Müalicə və profilaktikası. |
2 |
|
8 |
Qonokokk infeksiyası və qeyri-qonokokk urogenital CYYİ (xlamidiya infeksiyası, urogenital trixomoniaz, Mycoplasma spp., Ureaplasma spp. –nin törətdiyi urogenital infeksiyalar, genital herpes, anogenital ziyillər). Urogenital kandidoz, bakterial vaginoz. İİV-infeksiyası. Epidemiologiya, etiologiya, patogenez, klinik təzahürlər. Laborator və differensial diaqnostika. Müalicə və profilaktika. |
2 |
ATU-nun MÜALİCƏ-PROFİLAKTİKA fakültəsinin III kurs tələbələri üçün
DERMATOVENEROLOGİYA fənni üzrə təcrübi məşğələlərin mövzularının
Təqvim planı
2025/2026-ci tədris ili Payız semestri
|
№ |
Təcrübənin mövzuları |
Ədəbiyyat |
Saat |
|
1 |
Dərinin quruluşu və funksiyaları. Birincili və ikincili morfoloji elementlər. Dermatozlu və CYYİ-lı xəstələrin müayinə edilməsinin xüsusiyyətləri |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.9-49 |
2 |
|
2 |
Bakterial dermatozlar. Stafilokokk və streptokokkların törətdiyi (piodermiyalar) qram-müsbət bakterial dəri infeksiyaları. Epidemiologiya. Etiologiya. Patogenez. Təsnifat. Klinik təzahürlər. Laborator diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.64-91; 130-133 |
2 |
|
3 |
Bakterial dermatozlar. Mikobakteriyaların törətdiyi bakterial dəri infeksiyaları (dəri vərəmi, cüzam). Epidemiologiya. Etiologiya. Patogenez. Klinik və patomorfoloji təzahürlər. Laborator diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.110-128; 130-133 |
2 |
|
4 |
Virus dermatozları (sadə herpes, kəmərləyici herpes, ziyillər, yoluxucu mollyusk). Dəri leyşmaniozu. Parazitar dermatozlar (qoturluq, pedikulyoz). Epidemiologiya. Etiologiya. Patogenez. Klinik təzahürlər. Laborator diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.159-180; 196-201; 181-195 |
2 |
|
5 |
Dermatomikozlar. Dəri və selikli qişanın səthi mikozu (dermatofitiyalar). Epidemiologiya. Etiologiya. Patogenez. Təsnifat. Klinik təzahürlər. Laborator diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.134-144; 151-158 |
2 |
|
6 |
Dermatomikozlar. Maya göbələyi infeksiyaları (rəngbərəng dəmrov, dəri və selikli qişanın səthi mikozu). Dərialtı mikozlar (maduromikoz). Epidemiologiya. Etiologiya. Patogenez. Klinik təzahürlər. Laborator diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.144-148; 151-158 |
2 |
|
7 |
Sadə və allergik dermatitlər. Toksidermiyalar. Çoxformalı eksudativ eritema. Stivens-Conson və Layella sindromları. Peşə dermatozları. Epidemiologiya. Etiopatogenez. Klinik təzahürlər. Diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.202-209; 213-222 |
2 |
|
8 |
Ekzema. Övrə. Atopik dermatit/Neyrodermit. Pruriqo. Dəri qaşınması. Epidemiologiya. Etiopatogenez. Klinik təzahürlər. Diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.223-247 |
2 |
|
9 |
Psoriaz. Qırmızı yastı dəmrov. Çəhrayı dəmrov. Epidemiologiya. Etiopatogenez. Klinik və patomorfoloji təzahürlər. Diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.248-277 |
2 |
|
10 |
Seboreya dermatiti. Çəhrayı və vulqar sızanaqlar. Ocaqlı dazlıq. Vitiliqo. Epidemiologiya. Etiopatogenez. Klinik və patomorfoloji təzahürlər.Diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.278-307 |
2 |
|
11 |
Qırmızı qurd eşənəyi. Sklerodermiya. Dermatomiozit. Epidemiologiya. Etiopatogenez. Klinik və patomorfoloji təzahürlər. Diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.308-325 |
2 |
|
12 |
Bullyoz dermatozlar (pemfiqus, pemfiqoid, Dürinq dermatiti). Epidemiologiya. Etiopatogenez. Klinik və patomorfoloji təzahürlər. Diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.326-342 |
2 |
|
13 |
Xoşxassəli (seboreya/sinil keratozu, keratoakantoma, dermatofibroma, yumşaq fibroma, sirinqoma, lipoma, hemangioma) və bədxassəli (bazalioma, yastı hüceyrəli xərçəng, melanoma, Pecet xəstəliyi) dəri və dəri artımlarının şişləri. Dəri və selikli qişaların xərçəngönü xəstəlikləri (aktinik keratoz, Bouen xəstəliyi, dəri buynuzu, dodağın qırmızı haşiyəsinin ziyilli xərçəngönü xəstəliyi, dodağın qırmızı haşiyəsinin məhdud hiperkeratozu, leykoplakiya, Manqanotti xeyliti). Dəri limfoması. Kapoşi sarkoması. Epidemiologiya. Etiopatogenez. Təsnifat. Klinik və patomorfoloji təzahürlər. Diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.343-368 |
2 |
|
14 |
Dəri vaskulitləri (angiitlər). Genodermatozlar (ixtioz, keratodermiyalar, Darye xəstəliyi, piqment kseroderması, bullyoz epidermoliz, neyrofibromatoz, tuberoz skleroz). Epidemiologiya. Etiopatogenez. Klinik və patomorfoloji təzahürlər. Diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. Dermatologiyadan keçirilmiş məşğələlər üzrə yekun söhbət. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.369-404 |
2 |
|
15 |
CYYİ.CYYİ-lı xəstələrin müayinə edilməsinin xüsusiyyətləri. Sifilis. Törədicisi və onun morfoloji xüsusiyyətləri. İnfeksiyanın yoluxma və yayılma yolları. Sifilisin gedişi. Sifilisin təsnifatı. |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.6-15 |
2 |
|
16 |
Sifilisin inkubasiya dövrü. Birincili sifilis (erkən sifilis). Klinik təzahürləri, diaqnostika və differensial diaqnostikası. |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.15-23 |
2 |
|
17 |
İkincili təzə, residiv, gizli sifilis (erkən sifilis). Klinik təzahürləri, diaqnostika və differensial diaqnostikası. |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.23-40 |
2 |
|
18 |
Üçüncülü aktiv və gizli sifilis; visseral sifilis; neyrosifilis (gecikmiş sifilis). Anadangəlmə erkən və gecikmiş sifilis. Klinik təzahürləri, diaqnostika və differensial diaqnostikası. |
F.R.Mahmudov Venerologiya «Dəri-zöhrəvi xəstəliklər-II», dərslik, Bakı, 2020, s.41-60 |
2 |
|
19 |
Sifilisin laborator diaqnostikası və müalicəsi. |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.60-70 |
2 |
|
20 |
Qonokokk infeksiyası. Etiologiya. Patogenez. Klinik təzahürlər. Diaqnostika. Müalicə. |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.73-104 |
2 |
|
21 |
Xlamidiya infeksiyası. Urogenital trixomoniaz. Mycoplasma spp., Ureaplasma spp.-nin törətdiyi urogenital xəstəliklər. Etiologiya. Patogenez. Klinik təzahürlər. Diaqnostika. Müalicə. |
F.R.Mahmudov Venerologiya «Dəri-zöhrəvi xəstəliklər-II», dərslik, Bakı, 2020, s.125-149; 105-124; 197-205 |
2 |
|
22 |
Genital herpes. Anogenital ziyillər. Yumşaq şankr. Urogenital kandidoz. Bakterial vaginoz. İİV-infeksiya. Etiologiya. Patogenez. Klinik təzahürlər. Diaqnostika. Müalicə. |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.151-181; 231-235; 183-195; 243-258 |
2 |