Təhsil pilləsi: Bakalavriat
İxtisas: Stomatologiya
Fənnin kodu: 3222.01
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
STOMATOLOGİYA |
III |
dermatovenerologiya |
16 |
30 |
Fənnin məqsədi
“Dermatovenerologiya” fənninin əsas məqsədi tələbələrə dəri və selikli qişa xəstəliklərinin etiologiyasını, patogenezini, klinik xüsusiyyətlərini və müasir müalicə prinsiplərini öyrətməkdir.
Stomatologiya tələbələri üçün xüsusi olaraq:
məqsəd olaraq müəyyən edilir.
Tələbələrə həmçinin zöhrəvi xəstəliklərin ağız boşluğunda təzahür formaları, onların diaqnostik xüsusiyyətləri və ilkin profilaktika tədbirləri haqqında biliklər verilir.
Fənnin təlim nəticələri
Fənni mənimsəmiş tələbə:
Fənnin məzmunu
“Dermatovenerologiya” fənni stomatologiya tələbələri üçün dəri və ağız selikli qişasının xəstəliklərini geniş şəkildə əhatə edir.
Məzmun aşağıdakı əsas sahələri əhatə edir:
Fənnin nəzəri hissəsi mühazirələrdən, praktiki hissə isə klinik müşahidələrdən, ağız boşluğu lezyonlarının vizual analizi və laborator nəticələrin interpretasiyasından ibarətdir.
ATU-nun STOMATOLOGİYA fakültəsinin III kurs tələbələri üçün
DERMATOVENEROLOGİYA üzrə mühazirə mövzularının
Təqvim planı
2025/2026-ci tədris ili Payız semestri
|
Həftə |
Mövzu |
Saat |
|
1 |
Dermatologiyaya giriş. Ağız boşluğu selikli qişasının, dodağın və dərinin anatomiya, histologiya və fiziologiyası. Birincili və ikincili morfoloji elementlər. Dermatitlər. Xeylitlər. Melkerson-Rozental sindromu. Allerqodermatozlar. Epidemiologiya, etiopatogenez. Klinika, diaqnostika, differensial diaqnostika. Müalicə və profilaktika. |
2 |
|
2 |
Qovuqlu dermatozlar (pemfiqus, pemfiqoid, herpesşəkilli Dürinq dermatiti). Çoxformalı ekssudativ eritema. Toksidermiyalar. Stivens-Conson və Layella sindromu.Epidemiologiya, etiopatogenez. Klinik və patomorfoloji təzahürlər, diaqnostika, differensial diaqnostika. Müalicə və profilaktika. |
2 |
|
3 |
Qırmızı yastı dəmrov. Dodağın qırmızı haşiyəsinin və ağız boşluğu selikli qişasının xərçəngönü xəstəlikləri, xoşxassəli və bədxassəli şişlər. Epidemiologiya, etiopatogenez. Klinik təzahürlər.Differensial diaqnostika. Müalicə və profilaktika. |
2 |
|
4 |
Bakterial dermatozlar (piodermiyalar, dəri vərəmi, cüzam). Parazitar dermatozlar (qoturluq, pedikulyoz, leyşmanioz). Epidemiologiya, etiopatogenez. Klinika, laborator diaqnostika, differensial diaqnostika. Müalicə və profilaktika. |
2 |
|
5 |
Dermatomikozlar (dermatofitiyalar; dəri və selikli qişaların səthi maya göbələyi infeksiyaları). Virus dermatozları (sadə herpes, kəmərləyici herpes, ziyillər, yoluxucu mollyusk). Epidemiologiya, etiopatogenez. Klinika, laborator diaqnostika, differensial diaqnostika. Müalicə və profilaktika. |
2 |
|
6 |
Venerologiyaya giriş. CYYİ. Sifilis. Etiologiya və patogenez. Sifilisin ümumi gedişi və təsnifatı. İmmunitet reinfeksiya və superinfeksiya. İnkubasiya dövrü. Erkən sifilis (birincili, ikincili, erkən gizli). Klinik təzahürlər, diaqnostika, differensial diaqnostika. Ağızın selikli qişalarının erkən sifilisinin klinik təzahürlərinin xüsusiyyətləri. |
2 |
|
7 |
Gecikmiş sifilis (üçüncülü, kardiovaskulyar, neyrosifilis, gecikmiş gizli). Erkən və gecikmiş anadangəlmə sifilis. Ağızın selikli qişalarının gecikmiş qazanılmış və anadangəlmə sifilisinin klinik təzahürlərinin xüsusiyyətləri. Dişlərin distrofiyası. Sifilisin laborator diaqnostikası və müalicəsi. |
2 |
|
8 |
Qonokokk infeksiyası və qeyri-qonokokk urogenital CYYİ (xlamidiya infeksiyası, urogenital trixomoniaz, Mycoplasma spp., Ureaplasma spp. –nin törətdiyi urogenital infeksiyalar, genital herpes, anogenital ziyillər). Urogenital kandidoz, bakterial vaginoz. İİV-infeksiyası. Epidemiologiya, etiologiya, patogenez, klinik təzahürlər. Laborator və differensial diaqnostika. Müalicə və profilaktika. |
2 |
ATU-nun STOMATOLOGİYA fakültəsinin III kurs tələbələri üçün
DERMATOVENEROLOGİYA üzrə təcrübi məşğələlərin mövzularının
Təqvim planı
2025/2026-ci tədris ili Payız semestri
|
№ |
Topic Təcrübənin mövzuları |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Ağız boşluğunun selikli qişasının və dərinin quruluşu və funksiyaları. Birincili və ikincili morfoloji elementlər. Ağız boşluğu selikli qişası və dodağın qırmızı haşiyəsində səpgilər olan dermatoloji xəstələrə baxışın xüsusiyyətləri. Klinik-diaqnostika və laborator tədqiqat metodları. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.9-47 |
2 |
|
2 |
Xeylitlər (eksfoliativ, qlandulyar, meteoroloji, aktinik). Melkerson-Rozental sindromu. Epidemiologiya, etiopatogenez. Klinik təzahürlər. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.210-213 |
2 |
|
3 |
Sadə və allergik dermatitlər. Toksidermiyalar. Layella sindromu. Çoxformalı ekssudativ eritema. Stivens-Conson sindromu. Epidemiologiya, etiopatogenez. Klinik təzahürlər. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.202-206; 214-223 |
2 |
|
4 |
Övrə. Kvinke ödemi. Qırmızı yastı dəmrov. Epidemiologiya, etiopatogenez. Klinik və patomorfoloji təzahürlər. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.223-227; 262-272 |
2 |
|
5 |
Qovuqlu dermatozlar (pemfiqus, pemfiqoid, herpesşəkilli Dürinq dermatiti). Epidemiologiya, etiopatogenez. Klinik və patomorfoloji təzahürlər. Differensial diaqnostika. Müalicə və profilaktika |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.327-344 |
2 |
|
6 |
Dodağın qırmızı haşiyəsinin və ağız boşluğu selikli qişasının xərçəngönü xəstəlikləri, xoşxassəli və bədxassəli şişlər. Epidemiologiya, etiopatogenez. Klinik təzahürlər.Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.344-364 |
2 |
|
7 |
Bakterial dermatozlar. Epidemiologiya, etiologiya, patogenez. Təsnifat. Qram-müsbət bakteriyaların törətdiyi dəri infeksiyaları. Klinik təzahürlər. Laborator və differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.64-100 |
2 |
|
8 |
Bakterial dermatozlar. Mikobakteriyaların törətdiyi bakterial dəri infeksiyaları (dəri vərəmi, cüzam). Dəri leyşmaniozu. Epidemiologiya, etiologiya, patogenez. Klinik təzahürlər. Laborator və differensial diaqnostika.Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.110-130; 196-202 |
2 |
|
9 |
Dermatomikozlar. Epidemiologiya. Etiologiya. Patogenez. Təsnifat. Dəri və selikli qişaların səthi mikozu: Dermatofitiyalar. Maya göbələyi infeksiyaları. Klinik təzahürlər. Laborator diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.134-147 |
2 |
|
10 |
Virus dermatozları (sadə herpes, kəmərləyici herpes, ziyillər, yoluxucu mollyusk). Parazitar dermatozlar (qoturluq, bitlilik). Epidemiologiya, etiologiya, patogenez. Klinik təzahürlər. Laborator və differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s. 159-196 |
2 |
|
11 |
CYYİ. Sifilis. Törədicisi və onun morfoloji xüsusiyyətləri. İnfeksiyanın yoluxma və yayılma yolları. Sifilisin gedişi. İnkubasiya dövrü. Birincili sifilis (erkən sifilis). Klinik təzahürlər. Laborator və differensial diaqnostika. |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.6-23 |
2 |
|
12 |
İkincili təzə, residiv və gizli sifilis (erkən sifilis). Üçüncülü aktiv və gizli sifilis; visseral sifilis; neyrosifilis (gecikmiş sifilis). Klinik təzahürlər. Laborator və differensial diaqnostika |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.23-50 |
2 |
|
13 |
Anadangəlmə erkən və gecikmiş sifilis. Klinik təzahürlər, laborator və differensial diaqnostika. Sifilisin laborator diaqnostikası və müalicəsi. |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.50-60 |
2 |
|
14 |
Qonokokk infeksiyası. Epidemiologiya, etiologiya, patogenez. Klinik təzahürlər. Laborator və differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.73-105 |
2 |
|
15 |
Xlamidiya infeksiyası. Urogenital trixomoniaz. Genital herpes. Anogenital ziyillər. İİV-infeksiya. Epidemiologiya, etiologiya, patogenez. Klinik təzahürlər. Laborator və differensial diaqnostika. Müalicə və profilaktika. |
F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.125-151 |
2 |