Bizi izləyin:
Heydər Əliyev
Dermatovenerologiya (Feldşer hazırlığı – Hərbi Tibb fakültəsi)
Bölmələrimiz
Dermatovenerologiya (Feldşer hazırlığı – Hərbi Tibb fakültəsi)

Təhsil pilləsi: Orta ixtisas tibbi təhsil
İxtisas: Hərbi feldşer
Fənnin kodu: 3222.02

 

Fakültələr

 

Kurs

 

Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

Hərbi Tibb Fakültəsi Feldşer Hazırlığı

II

dermatovenerologiya

10

35

Fənnin məqsədi

Bu fənnin əsas məqsədi feldşer hazırlığı proqramı çərçivəsində tələbələrə hərbi xidmət, təlim və sahə şəraitində tez-tez rast gəlinən dermatoloji və zöhrəvi xəstəliklərin ilkin tanınması, profilaktikası və təxirəsalınmaz tibbi müdaxilə üsullarını öyrətməkdir.

Proqram feldşerlərin şəxsi heyətlə birbaşa işlədikləri üçün operativ qərarvermə bacarığını, infeksion risklərin qiymətləndirilməsini, ilkin tibbi yardımın düzgün təşkilini və lazımi hallarda pasiyentlərin ixtisaslaşmış tibbi müəssisələrə yönləndirilməsi üzrə biliklərini formalaşdırır.


Təlim nəticələri

Fənni müvəffəqiyyətlə bitirən feldşer:

Dermatoloji biliklər üzrə:

  • hərbi şəraitdə geniş yayılmış dəri xəstəliklərini (mantar infeksiyaları, piodermiya, furunkulyoz, istilik döküntüləri, kontakt dermatit və s.) tanıya bilər;
  • dəri zədələnmələrinin ilkin qiymətləndirilməsi və təxirəsalınmaz yardım qaydalarını tətbiq edir;
  • sahə şəraitində infeksiyaların yayılma mexanizmlərini və onların qarşısının alınması tədbirlərini izah edir;
  • parazitar dermatozları (bitlenmə, qaşınma və s.) aşkar edir və ilkin müalicə tədbirlərini aparır.

Zöhrəvi xəstəliklər üzrə:

  • cinsi yolla keçən infeksiyaların (sifilis, qonoreya, xlamidioz, trixomoniaz və s.) əsas klinik əlamətlərini müəyyən edir;
  • hərbi kollektivdə İPXX-in yayılma risklərini qiymətləndirir və profilaktik məsləhətlər verir;
  • ehtiyac yarandıqda xəstəni ixtisaslaşmış həkimə vaxtında yönləndirir.

Gigiyena və profilaktika üzrə:

  • çətin sahə və kazarma şəraitində gigiyena qaydalarını tətbiq edir;
  • şəxsi heyətdə yayıla bilən infeksion xəstəliklərin qarşısını almaq üçün dezinfeksiya və sanitar tədbirləri planlaşdırır;
  • təlim və döyüş şəraitində yaraların infeksiyalaşmasına qarşı ilkin müdafiə tədbirlərini aparır.

 

Fənnin məzmunu

Proqram aşağıdakı mövzuları əhatə edir:

1. Sahə şəraitində dəri və gigiyena

  • Hərbi həyatın dəri sağlamlığına təsiri
  • Gigiyena qaydaları, məhdud resurs şəraitində təmizlik və infeksiyaya nəzarət

2. Yoluxucu dermatozlar

  • Piodermiya, impetigo, furunkulyoz
  • Mantar infeksiyaları (tinea, kandidoz)
  • Virus dermatozları (herpes, molluscum contagiosum)

3. Parazitar xəstəliklər

  • Pedikulyoz: tanı və sahədə mübarizə
  • Qaşınma: ilkin müayinə və müalicə

4. Ətraf mühit amilləri

  • Günvurma, hipotermiya və temperaturla bağlı dermatozlar
  • Kimyəvi və mexaniki qıcıqlandırıcıların təsiri

5. Zöhrəvi xəstəliklər

  • Sifilis: ilkin əlamətlər, yönləndirmə
  • Qonoreya və digər CYYX-in tanınması
  • Hərbi mühitdə profilaktik məsləhətlər

6. Travmalar və təxirəsalınmaz yardım

  • Yanıq və kəsiklərin sahə şəraitində ilkin qulluq qaydaları
  • İnfeksiyanın qarşısının alınması

 

Fənnin praktik əhəmiyyəti

Bu fənn feldşerlərə:

  • şəxsi heyətdə gigiyena və infeksiya nəzarətini təmin etmək,
  • sahədə rast gəlinən xəstəlikləri vaxtında aşkar etmək,
  • ilkin tibbi yardımı düzgün aparmaq,
  • ağırlaşmaların qarşısını almaq
    kimi vacib bacarıqlar qazandırır.

 

ATU-nun HƏRBİ TİBB fakültəsi FELDŞER HAZIRLIĞI II kurs kursantları üçün

DERMATOVENEROLOGİYA  fənni üzrə MÜHAZİRƏ mövzularının

Təqvim planı

 

2025/2026-cı tədris ili                                                                                                             Yaz semestri

Mövzu

Saat  

1

Dəri xəstəliklərinin etiologiyası və patogenezi haqqında ümumi məlumat. Birincili və ikincili elementlər haqqında anlayış. Dəri xəstəliklərinin diaqnostikası və onların müalicə prinsipləri. Sadə və allergik dermatitlər. Toksikodermiyalar. Ekzema.Atopik dermatit. Övrə. Klinika. Diaqnostika və müalicə prinsipləri

2

2

Bakterial dermatozlar (piodermiyalar). Virus dermatozları. Parazitar dermatozlar (qoturluq, pedikulyoz). Dəri leyşmaniozu. Klinika, laborator diaqnostika. Müalicə və profilaktika  prinsipləri       

2

3

Dermatomikozlar. Xroniki və autoimmun dерматозлар (psoriaz, qırmızı yastı dəmrov, qırmızı qurdeşənəyi, sklerodermiya, pemfiqus).  Klinika, laborator diaqnostika. Müalicə və diaqnostika prinsipləri

2

4

Cinsi yolla yayılan infeksiyalar (CYYİ). Sifilis. Etiologiya. Patogenez.Təsnifat. Qazanılmış və anadangəlmə sifilisin klinik təzahürləri.Müalicə, profilaktika və diaqnostika prinsipləri

2

5

Qonokokk infeksiyası, qeyri-qonokokk urogenital CYYİ (xlamidiya infeksiyası, trixomoniaz, genital herpes, anogenital ziyillər). Etiopatogenez, klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri

2

 

ATU-nun HƏRBİ TİBB fakültəsi HƏRBİ TİBB MƏKTƏBİNİN II kurs kursantları üçün

DERMATOVENEROLOGİYA  fənni üzrə TƏCRÜBİ MƏŞĞƏLƏLƏRİN mövzularının

Təqvim planı

 2025/2026-cı tədris ili                                                                                                            Yaz semestri

Təcrübənin mövzuları

Ədəbiyyat

Saat

1

Dərinin quruluşu və fizioloji funksiyaları. Birincili və ikincili morfoloji elementlər. Dermatoveneroloji xəstələrin müayinə üsulları

F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.9-49

2

2

Bakterial dermatozlar (piodermiyalar). Dəri leyşmaniozu. Klinika, laborator diaqnostika. Müalicə və profilaktika prinsipləri 

F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.64-91; 130-133

2

3

Göbələk xəstəlikləri (əlvan dəmrov, qasıq epidermofitiyası, ayaqların mikozu, rubromikoz,trixofitiya, mikrosporiya, favus, kandidoz). Dermatomikozlu xəstələrdən material götürmə metodu. Yod sınağının aparılmasının, Vud lampası altında baxışın texnikası. Klinika. Laborator diaqnostika. Müalicə və profilaktika

F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.134-144; 151-158

2

4

Virus dermatozları  (sadə herpes, kəmərləyici herpes, ziyillər, yoluxucu mollyusk). Parazitar dermatozlar (qoturluq, pedikulyoz). Klinik təzahürlər. Laborator diaqnostika. Müalicə və profilaktika prinsipləri

F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.159-180; 196-201; 181-195

2

5

Sadə və allergik dermatitlər. Toksidermiyalar. Klinik təzahürlər. Laborator diaqnostika. Müalicə və profilaktika prinsipləri

F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.202-209; 213-222

2

6

Ekzema. Övrə. Neyrodermit/Atopik dermatit. Peşə xəstəliklər. Klinik təzahürlər. Diaqnostika və müalicəsinin əsas prinsipləri. Allergik və peşə dermatozlarının diaqnostikasında dəri sınaqlarının rolu

F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022,  s.223-247

2

7

Papulo-skvamoz dermatozlar (psoriaz, qırmızı yastı dəmrov, çəhrayı dəmrov). Klinika, laborator diaqnostika. Müalicə və profilaktika prinsipləri

F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.248-277

2

8

Kollagenozlar (qırmızı qurd eşənəyi, sklerodermiya, dermatomiozit). Klinika və laborator diaqnostika. Müalicə və profilaktika prinsipləri

F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s..308-325

2

9

Qovuqlu dermatozlar (pemfiqus, herpesşəkilli Dürinq dermatiti). Klinika və laborator diaqnostika. Müalicə və profilaktika prinsipləri

F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s..326-342

2

10

Çəhrayı və vulqar sızanaqlar. Alopesiya. Vitiliqo. Klinika və laborator diaqnostika. Müalicə və profilaktika prinsipləri.   

F.R.Mahmudov Dermatologiya “Dəri-zöhrəvi xəstəliklər-I”, dərslik, Bakı, 2022, s.278-307

2

11

Cinsi yolla yayılan infeksiyalar  (CYYİ). Sifilis. Törədicisi. İnfeksiyanın ötürülmə yolları. Anadangəlmə və qazanılmış sifilisin təsnifatı. Erkən sifilis (birincili sifilis). Klinik əlamətləri, diaqnostikası

  F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.6-15

2

12

Erkən sifilis (ikincili sifilis, erkən gizli sifilis). Klinik əlamətləri, diaqnostikası

F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.15-23

2

13

Gecikmiş sifilis (üçüncülü sifilis, gecikmiş gizli sifilis, kardiovaskulyar sifilis, neyrosifilis). Klinik əlamətləri, diaqnostikası

F.R.Mahmudov Venerologiya «Dəri-zöhrəvi xəstəliklər-II», dərslik, Bakı, 2020, s.41-50

 

2

14

Anadangəlmə  erkən və gecikmiş sifilis. Klinik əlamətləri, diaqnostikası

F.R.Mahmudov -Venerologiya «Dəri-zöhrəvi xəstəliklər-II», dərslik, Bakı, 2020, s.50-60            

2

15

Sifilisin laborator  diaqnostikası. Sifilisin müalicə prinsipləri, ictimai və fərdi profilaktikası

F.R.Mahmudov Venerologiya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.60-70

2

16

Qonokokk infeksiyası. Törədicisi. İnfeksiyanın ötürülmə yolları. Təsnifatı. Kişilərin qonoreyası. Klinik təzahürləri və ağırlaşmalar. Qonokokk infeksiyasının laborator diaqnostikası. Qonokokk infeksiyasının müalicə və profilaktika prinsipləri

F.R.Mahmudov Venerologi-ya “Dəri-zöhrəvi xəstəliklər-II”, dərslik, Bakı, 2020, s.73-104

2

17

Qeyri-qonokokk urogenital  CYYİ (xlamidiya infeksiyası, urogenital trixomoniaz, mikoplazmoz, genital herpes, anogenital ziyillər). İİV-infeksiya. Müasir laborator diaqnostika metodları, müalicə və profilaktika prinsipləri. Yekun məşğələ

F.R.Mahmudov Venerologiya «Dəri-zöhrəvi xəstəliklər-II», dərslik, Bakı, 2020, s.125-149; 105-124; 197-205

2